Azərbaycan Dövlət İnformasiya Agentliyi

PARK KOMPLEKSİ ZİRƏYƏ XÜSUSİ YARAŞIQ VERİR

PARK KOMPLEKSİ ZİRƏYƏ XÜSUSİ YARAŞIQ VERİR

AZƏRTAC xəbər verir ki, mayın 9-da Zirə qəsəbəsində park kompleksi istifadəyə verilmişdir.

Mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə salamladılar.

Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulmuş kompleksdə mədəniyyət və şadlıq evləri, idman və uşaq meydançası tikilmiş, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, ərazi yaşıllaşdırılmış, dekorativ ağaclar və gül kolları əkilmişdir.

Kompleksin mərkəzində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev büstün üzərindəki ağ örtüyü götürdü.

Dövlətimizin başçısı və xanımı büstün önünə gül dəstələri düzdülər.

Sonra onlar qəsəbə sakinləri ilə səmimi söhbət etdilər.

HACI ƏLİSAHİB (qəsəbə sakini): - Möhtərəm Prezident, qəsəbəmizə gəldiyinizə görə, hamının adından, öz adımızdan Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin bura gəlməyiniz bizim üçün çox şərəfdir. Buraya gəlməyinizlə bizi həm həddən artıq sevindirir, həm də boynumuza böyük haqq, məsuliyyət qoyursunuz. Mənim 70 yaşım var, ikinci dəfədir, Prezidenti görürəm. Bu, bizim sadə Zirə camatına yox, bütün sadə Azərbaycan xalqına verilən ən böyük qiymətdir. Ona görə bilmirik Sizə necə minnətdarlıq edək.

İcazə verin, qəsəbəmiz haqqında Sizə bir az məlumat verim. Camaatın əksəriyyəti neft sahəsində işləyir. Bir hissəsi də vaxtilə sovxozda işləyirdi. Möhtərəm Prezident, keçid dövrü ilə əlaqədar bizdə də müəyyən çətinliklər yarandı. Elektrik enerjisinin çatışmaması, iş yerlərinin azalması, bir də rayon mərkəzindən, şəhərdən uzaq olmağımız, imkanlı adamların çıxıb getməsi elə bil əhalidə düşkünlük yaratmışdı. Mərhum Prezidentimiz, ulu öndərimiz respublikanın o çətin vaxtında xalqa pənah əlini uzatdı, onun dadına çatdı. Sonra da Mehriban xanım bizim dadımıza çatdı. Biz başa düşürük, Bakının istənilən rayonundan namizədliyini versəydi, ona 100 faiz səs verərdilər. Amma bizi qəbul etdi. Həm rayonumuz uzaqdır, həm də ən inkişafdan qalan Türkan, Zirə kimi qəsəbələri vardı. Bu, bizə qarşı çox böyük hörmətdir. İndi baxın nəticəsi budur, möhtərəm Prezident. Görürsünüz, qəsəbə nə qədər təmir olunur. Hələ bu, görünən tərəflərdir, möhtərəm Prezident. Görünməyən tərəfləri də deyim Sizə. Qəsəbəmizin asfaltlanmayan tək-tək küçələri qalıbdır. Gözəl əsas küçələr işıqlandırılıbdır. Bunlar hamısı Mehriban xanımın zəhmətidir. Əlbəttə, Sizin rəhbərliyiniz altında. Bilmirik Mehriban xanıma, Sizə necə minnətdarlıq edək, çox sağ olun. Amma əsas sağolumuzu, qismət olsa, seçkidə deyəcəyik. Mən inanıram ki, səsvermədə təkcə qəsəbəmiz yox, bütün rayonumuz lider olacaqdır. Bir daha Sizə minnətdarlığımızı bildiririk, möhtərəm Prezident.

İLHAM ƏLİYEV: Təşəkkür edirəm. Mən də çox şadam ki, Zirə qəsəbəsi öz simasını çox böyük dərəcədə dəyişibdir. Burada siz bizim xidmətlərimizdən danışdınız. Bu, bizim borcumuzdur. Mənim Prezident kimi, Mehribanın isə sizin deputatınız kimi. Borcumuzdur ki, öz seçicilərimizə həmişə diqqətli olaq, Azərbaycanda gedən və rayonda gedən işlərə daha da böyük təkan verək. Təşəbbüs göstərək ki, insanların həyat səviyyəsi yaxşılaşsın, sosial sahədə işlər yaxşı getsin, bütövlükdə quruculuq-abadlıq işləri aparılsın. Zirənin timsalında biz bütün bunları görürük. Görürük ki, sosial məsələlər həll olunur. Mən indicə gözəl xəstəxananın açılışında iştirak etdim. Hansı ki, siz bilirsiniz, uzun illər, onilliklər yarımçıq qalmış bina idi və ümumiyyətlə, onun gələcəyi qeyri-müəyyən idi. Amma indi ən müasir səviyyədə təmir edilib, demək olar ki, yenidən tikilib və orada ən müasir tibb avadanlığı var. Doğum şöbəsi də var və bu da hər bir yer üçün, xüsusilə, şəhərdən bir az aralıda yerləşən qəsəbələr, kəndlər üçün çox vacibdir. Burada stadion, mədəniyyət evi də var.

Bu gün mən həm Bakıda, həm də burada veteranlarla görüşdüm. Burada xatirə kompleksinin açılışını etdik. Yəni bütün bunlar yenilik, quruculuq, inkişaf deməkdir. Azərbaycanın artan imkanları bizə əlavə şərait yaradır ki, biz bunu daha da tez bir zamanda edək. Əlbəttə, maddi imkanlar vacib rol oynayır. Amma əgər insanların ürəyi yanmasa, əgər təşəbbüs göstərilməsə, maddi imkan nə qədər olsa da, nəticəsi olmayacaq. Zirədə, ətraf qəsəbələrdə gedən böyük işləri mən yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır. Bütün xalq tərəfindən seçilmiş nümayəndələr xalqa xidmət etməlidir. İstər Prezident olsun, istərsə də parlament üzvü, bələdiyyə sədri. Bütün xalq tərəfindən seçilmiş insanlar və Prezident tərəfindən təyin olunmuş insanlar böyük məsuliyyətlə və xalq üçün işləməlidirlər. Mənim baxışlarım bunlardır, mənim siyasi əqidəm budur. Mən bu vəzifəyə xalqa xidmət etmək üçün gəlmişəm və hər dəfə yenilik, müasirlik görəndə ürəyim sevinir. Azərbaycanın bütün yerləri bax, belə olmalıdır. Nəzərə alsaq ki, üç il bundan əvvəl burada vəziyyət tam başqa idi, - siz bunu məndən yaxşı bilirsiniz, - bu müddət ərzində görülən işləri mən çox yüksək qiymətləndirirəm. Bunda Zirə sakinlərinin böyük əməyi olubdur, bütün bu təşəbbüslərdə onlar fəal iştirak etmişlər. Onlar tərəfindən qaldırılan məsələlər öz həllini tapmışdır. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, problemləriniz nədir. Həm yerli sakinlərin, həm mərkəzi orqanların, sizin tərəfinizdən seçilmiş insanların birgə fəaliyyəti bütün bu gözəlliyi yaratmışdır. Mən çox sevinirəm ki, Zirənin yeni görkəmi dünyanın ən qabaqcıl şəhərlərinin səviyyəsindədir. Siz də buna layiqsiniz və gələcəkdə daha da böyük işlər görüləcəkdir.

X X X

Sonra dövlətimizin başçısı və xanımı mədəniyyət evi ilə tanış oldular. Burada 120 yerlik salon, kitabxana, dərnək otaqları, kompyuter otağı var.

Mədəniyyət evində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş guşə də var.

Prezident İlham Əliyev və Mehriban xanım mədəniyyət evinin eyvanından parkın ərazisini seyr etdilər, sonra uşaq meydançasında qəsəbənin balaca sakinləri ilə səmimi söhbət etdilər, şəkil çəkdirdilər.

Dövlətimizin başçısı və xanımı daha sonra kompleksin ərazisindəki 400 nəfərlik şadlıq sarayı ilə də tanış oldular.

Abadlıq və quruculuq işlərinin aparıldığı qəsəbədə zövqlə tikilmiş binalarda bütün lazımi xidmətlər və idarələr fəaliyyət göstərir ki, bu da sakinlər üçün böyük rahatlıq yaradır.

X X X

Mayın 9-da Heydər Əliyev Fondunun dəstəyi ilə Qala qəsəbəsində milli memarlıq üslubunda tikilmiş alaqapının açılışı olmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb