Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyanın Moskva fiaskosu

Paşinyanın Moskva fiaskosu

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra uğurlu xarici siyasət yeridir. Bu siyasət Azərbaycan dövlətçiliyinin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlib. Ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq əsasında qurulur. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirir.

Ölkəmiz müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların üzvüdür. Bu gün Azərbaycan transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən fəal aktor və regional güc kimi tanınır. Ölkə iki dəfə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Bu, əlbəttə ki, bu təşkilatlara üzv olan çoxsaylı dövlətlərin Azərbaycana göstərdiyi etimadın gözəl nümunəsidir. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, Azərbaycanın bu cür nailiyyətləri praqmatik və rasional xarici siyasətin nəticəsidir. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin inkişaf konsepsiyası, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məharətlə icra olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə analitik Masil Dəmirov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında müstəqilliyin bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirilməsinə dair göstəricilər, bizim tam iqtisadi müstəqilliyə nail olduğumuzun sübutudur. Son 30 ildə Azərbaycan iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizlik sahələrində çox mötəbər beynəlxalq layihələrin əsasında duran aparıcı qüvvəyə çevrilib. Bu gün Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan Respublikası siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, İslam və xristian dünyaları arasında beynəlxalq əhəmiyyətli körpüdür. Eyni zamanda, Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Azəri-Çıraq-Günəşli, TANAP və TAP kimi beynəlxalq layihələrin təşəbbüskarı və mühüm iştirakçısıdır. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin ünvanıdır. Azərbaycan multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında nümunəvi ölkədir.

Cari il mayın 25-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər etdiyini xatırladan Masil Dəmirov bu səfər çərçivəsində dövlətimizin başçısının nümayiş etdirdiyi siyasi məharəti Azərbaycan diplomatiyasının yeni uğuru adlandırıb: “Xüsusilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını qeyd etmək mütləqdir. Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya Prezidentinin dəvəti ilə qonaq qismində iştirak edən Prezident İlham Əliyev çıxışında Ermənistan istisna olmaqla, İqtisadi Birliyin üzvləri ilə Azərbaycanın əməkdaşlığının 30 il ərzində uğurla inkişafını, o cümlədən əmtəə dövriyyəsini, qarşılıqlı ticarətin həcmini, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payını və əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu qeyd etməklə, ölkəmizin sözügedən ölkələr üçün nə qədər ciddi və etibarlı tərəfdaş olduğunu vurğuladı. Dövlətimizin başçısı siyasi nəzakət nümayiş etdirərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu da vurğuladı. Əlbəttə ki, bu, ilk növbədə, Prezidentin dünya miqyasında kifayət qədər ciddi, sülhsevər və dünyanın ümumi inkişafına töhfə verən lider olduğunu bir daha göstərdi. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu haqqında söz açan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə geniş imkanlarına toxundu, regiondakı önəmli layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu haqqında danışdı. Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etməsini, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçı olduğunu, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyümüzü tədbir iştirakçılarının nəzərinə çatdırdı və bununla da Azərbaycanın geosiyasi nöqteyi-nəzərdən əhəmiyyətini nümayiş etdirdi”.

Analitik vurğulayıb ki, Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan diplomatik protokola zidd hərəkət edərək və ümumilikdə ənənəvi siyasi səhvlər silsiləsini nümayiş etdirərək, növbədənkənar söz alıb tədbirin tematikasından kənara çıxdı və növbəti dəfə özünü gülünc vəziyyətə saldı. O çıxışında son illər Ermənistana qarşı “ərazi iddiaları”nın irəli sürülməsinə dair böhtan barədə danışdı, üçtərəfli Bəyanatda təkcə bir dəhliz - Laçın dəhlizi haqqında yazıldığını və bu dəhlizin Azərbaycan tərəfindən qanunsuz olaraq “blokada”landığını dedi. Rusiya Prezidenti Vladimir Putin yüksək qonaqpərvərlik göstərərək dərhal ədalətli mövqe bildirdi və Paşınyanın cavabını verdi. Vladimir Putin və Prezident İlham Əliyev çıxışlarında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradıldığını qeyd etdilər. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər.

“Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndirdiyinə görə Paşinyana layiqli cavab verən Prezident İlham Əliyev bizim belə iddialarımız olmadığını vurğuladı və əlavə olaraq siyasi savadı zəif olan Ermənistanın baş nazirinə sözün əsl mənasında master-klas keçdi. “Dəhliz” sözünü “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətdiyini bildirən dövlətimizin başçısı bu sözün elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunduğunu, “dəhliz” sözünün heç də kiminsə ərazisinə göz dikmək olmadığını izah etdi. Belə bir mötəbər tədbirdə siyasi polemika yaratmağa çalışan Paşinyan nəinki qonağa qarşı, o cümlədən hər bir iştirakçıya qarşı növbəti hörmətsizliyini göstərərək, Ermənistanı beynəlxalq arenada növbəti dəfə fiaskoya uğradığını sübut etdi.

Beləliklə, dövlətimizin başçısı İlham Əliyev uğurlu balanslaşdırılmış və praqmatik xarici siyasət yeritməklə, ölkəmizin dünya miqyasında mövqeyini möhkəmləndirir, eyni zamanda, Azərbaycanı Xəzər-Qafqaz regionunun ən mühüm aktoruna çevirməklə vətəndaşlarımızın təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici və daxili mühit yaradır”, - deyən Masil Dəmirov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır