SİYASƏT
Pavel Pautov: Azərbaycan Həştərxan vilayəti üçün mühüm strateji tərəfdaşdır
![Pavel Pautov: Azərbaycan Həştərxan vilayəti üçün mühüm strateji tərəfdaşdır](/files/2023/2/1200x630/1683556141365576254_1200x630.jpg)
Həştərxan, 8 may, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycan Həştərxan vilayəti üçün mühüm strateji tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: hazırkı vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Həştərxan vilayətinin vitse-qubernatoru Pavel Pautov deyib.
“Bizim regionun Azərbaycanla bağlı nümayiş etdirdiyi qarşılıqlı iqtisadi fəaliyyət göstəriciləri müsbət dinamikadan xəbər verir. Həştərxan vilayətinin gələcəyi “Şimal-Cənub” nəqliyyat dəhlizi, onun Transxəzər hissəsi ilə bağlıdır”, - deyə vitse-qubernator əlavə edib.