Paytaxtda mənzildən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Bakı, 8 avqust, AZƏRTAC
Bakının Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb.
Axtarış zamanı ondan narkotik vasitələr olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [12:35]
Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır
- 17.06.2026 [12:34]
Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub
- 17.06.2026 [12:26]
“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” - təlim
- 17.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 17.06.2026 [11:29]
FHN-in Bakı Regional Mərkəzi təlim keçirib
- 17.06.2026 [11:21]
Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran xam neft ixracına başlayıb
- [11:45]
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]