Paytaxtda saxlanılan 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb VİDEO




Bakı, 8 aprel, AZƏRTAC
Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, C.Məmmədovda 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və Ə.Məhərrəmovun üzərilərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana olduğu müəyyənləşdirilib. Onların hər üçü şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.