Pentaqon “Qızıl Günbəz” layihəsini tamamlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Pentaqon “Qızıl Günbəz” (“Golden Dome”) adlı yeni nəsil raketdən müdafiə sistemi layihəsinin hazırlığını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, layihəyə rəhbərlik edən ABŞ-ın Kosmik Qüvvələrinin generalı Maykl Qetleyn Prezident Donald Trampın təşəbbüsü ilə irəli sürülən proqram çərçivəsində layihənin tamamlandığını deyib.
Pentaqon layihənin detalları, o cümlədən xərcləri ilə bağlı məlumat verməkdən imtina edib. ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamalarına görə, layihənin maliyyə dəyəri əvvəlki hesablamalardan daha yüksəkdir.
ABŞ Prezidenti Donald Tramp may ayında “Qızıl Günbəz” sisteminin memarlıq modelinin seçildiyini və layihənin ümumi dəyərinin təxminən 175 milyard dollar olacağını bildirib. Onun sözlərinə görə, sistemə quru, dəniz və kosmosdan idarə olunan elementlər daxil ediləcək.
CNN telekanalının mənbələrinə istinadla yaydığı məlumata görə, “Qızıl Günbəz” raketdənmüdafiə sisteminin ilk irimiqyaslı sınaqları 2028-ci ilin sonuna planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]