Peşə Təhsil Mərkəzi Macarıstan şirkəti ilə əməkdaşlıq edəcək
Bakı, 2 mart, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi ilə Macarıstanın “Vibrocomp International” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, memorandumu Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və “Vibrocomp International” MMC-nin icraçı direktoru Pal Zoltan Bite imzalayıblar. İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilmiş görüş çərçivəsində imzalanmış memoranduma əsasən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, ətraf mühitin mühafizəsi ilə bağlı birgə təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi, ikitərəfli səfərlərin təşkili və s məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Vibrocomp International” MMC Macarıstanın ətraf mühit və mülki mühəndislik sahəsi üzrə konsultant şirkətidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]