Peşə Təhsili üzrə Dövlət Agentliyi: Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur
Bakı, 24 fevral, AZƏRTAC
Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim iştirakçılarına avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək. Təlim proqramı mühazirə (6 saat), qrup işi (23 saat) və praktiki məşğələlərdən (78 saat) ibarətdir.
İştirak etmək istəyən namizədlərin B kateqoriyasına aid sürücülük vəsiqəsi olmalıdır. Müraciətlər fevralın 28-dək [email protected] elektron ünvanına “Avtoyükləyici operator” başlığı ilə qəbul olunur.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədə təqaüd veriləcək. Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Məhsəti küçəsi 3, Bakı) təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]
AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 06.10.2026 [00:08]