Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Bakı, 25 avqust, AZƏRTAC

Müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasında şagirdlərin erkən yaşdan müxtəlif peşələrlə tanış olması və praktiki bacarıqlar qazanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan peşə təmayüllü siniflər şagirdlərin həm ilkin peşə biliklərinə yiyələnməsinə, həm də gələcək təhsil və karyera seçimlərini daha şüurlu şəkildə müəyyənləşdirməsinə imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov deyib. O qeyd edib ki, layihənin əsas məqsədi 10–11-ci sinif şagirdlərinin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlar əldə etməsinə şərait yaratmaq, onları seçdikləri peşə sahələri üzrə təhsillərini davam etdirməyə təşviq etməkdir. Layihə çərçivəsində şagirdlərə iki peşə ixtisası ilə yanaşı, “Əsas səriştələr” fənni də tədris olunur. Bu fənn üzrə peşə etikası, estetika və özünüifadə, zamanın idarə olunması, şəxsi brendinq, CV yazılması və yumşaq bacarıqlar kimi mövzular öyrədilir.

Müsahibimiz bildirib ki, layihənin əsas istiqamətlərindən biri də şagirdlərdə sahibkarlıq bacarıqlarının formalaşdırılması və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsidir. Şagirdlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar əldə edir, müxtəlif peşələr üzrə ilkin təcrübə qazanır, əmək bazarı və iş mühiti ilə tanış olurlar. Eyni zamanda, komanda işi, məsuliyyət, ünsiyyət və problem həll etmə kimi vacib bacarıqlarını inkişaf etdirirlər. Bu da onların gələcək peşə və ixtisas seçimində daha düzgün qərar verməsinə kömək edir.

Arif Pənahov vurğulayıb ki, 2026–2027-ci tədris ili üzrə Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində müəllimlərin işə qəbulu prosesinə maraq yüksək olub. Belə ki, ümumilikdə 207 vakant yer elan edilib. Onlardan 151-i ixtisas müəllimi, 56-sı isə qrup rəhbəri vəzifəsi üzrədir. Vakansiyalar üzrə 5845 namizəd müraciət edib, müəyyən edilmiş tələblərə uyğun olan 2617 namizəd imtahan mərhələsinə dəvət olunub. Bu göstəricilər vakant yerlər üzrə rəqabətin yüksək olduğunu göstərir.

Layihə rəhbəri qeyd edib ki, peşə təmayüllü siniflərə şagirdlərin marağı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bu dinamikanın əsas səbəblərindən biri təhsilin praktikyönümlü olmasıdır. Tədris prosesində nəzəri biliklərin praktiki bacarıqlara inteqrasiyası şagirdlərə erkən yaşdan öz potensiallarını üzə çıxarmağa və daha aydın karyera planlaması aparmağa imkan verir. İl ərzində keçirilən ustad dərsləri, müəssisələrə təcrübə səfərləri, sərgi və təqdimatlar, eləcə də müasir tədris metodlarının tətbiqi peşələrin mənimsənilməsini asanlaşdırır. Artan marağın nəticəsi olaraq müraciət sayı 20 nəfərdən çox olan siniflərə qəbul müsahibə əsasında həyata keçirilir.

“Layihənin şagirdlərin gələcək peşə və universitet seçimlərinə təsirinin artıq konkret nəticələri də var. Məzunlar arasında məktəbdə yiyələndikləri ixtisas üzrə peşə və ya ali təhsil pilləsində təhsilini davam etdirənlər, əldə etdikləri bilik və bacarıqlar əsasında birbaşa əmək fəaliyyətinə başlayanlar, öz sahəsində peşəkarlaşanlar, eləcə də yerli və beynəlxalq sertifikatlar əldə edənlər mövcuddur. Bu nəticələri daha sistemli şəkildə ictimaiyyətə təqdim etmək məqsədilə “Uğurlu məzun” layihəsi həyata keçirilir. Layihə çərçivəsində məzunların sonrakı təhsil və karyera dinamikası, eləcə də peşə təmayüllü siniflərin onların peşə seçimində oynadığı rol nümayiş etdirilir”, - deyə o bildirib.

Arif Pənahov əlavə edib ki, müasir əmək bazarının sürətlə dəyişən tələbləri də layihədə nəzərə alınıb. Bu istiqamətdə İKT profili nəzdində yeni yaradılan “Dron təmiri” istiqaməti diqqət çəkir. Yeni istiqamətin 2026–2027-ci tədris ilindən etibarən pilot layihə olaraq bir neçə məktəbdə tətbiqi nəzərdə tutulur. Bu istiqamət şagirdlərin müasir texnologiyalarla bağlı bilik və praktiki bacarıqlarının inkişafına imkan verəcək. Gələcəkdə də əmək bazarında baş verən dəyişikliklər, texnoloji yeniliklər və şagirdlərin maraqları nəzərə alınmaqla yeni ixtisasların “Peşə təmayüllü siniflər” layihəsinə əlavə olunması planlaşdırılır.

Müxbir-Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ