Peşəkar Tennisçilər Assosiasiyası isti hava şəraitində keçirilən matçlar üçün yeni qaydaları təsdiqləyib
Bakı, 16 dekabr, AZƏRTAC
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) Direktorlar Şurası isti hava şəraitində matçların keçirilməsi ilə bağlı yeni qaydaları təsdiqləyib.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni reqlament 2026-cı ildən etibarən qüvvəyə minəcək. Belə ki, kişi tennisində Qadın Tennis Assosiasiyasının (WTA) tətbiq etdiyi qaydalardan istifadə olunacaq. Yeni qaydalara əsasən, havanın temperaturu 30,1 dərəcə Selsidən yuxarıdırsa, üçsetli matçlarda oyunçulardan birinə istədiyi halda ikinci setdən sonra 10 dəqiqəlik fasilə verilə bilər. Temperaturun 32,2 dərəcəni keçdiyi hallarda isə görüşün müvəqqəti dayandırılması nəzərdə tutulur.
ATP bu dəyişikliklərin oyunçuların sağlamlığını qorumaq məqsədi daşıdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]