İQTİSADİYYAT
PETER KRALJ: AZƏRBAYCAN DÜNYADA QİYMƏTLİ MİNERAL VƏ TERMAL SULARLA ÇOX ZƏNGİN ÖLKƏDİR
Seminarda yeraltı mineral və termal su ehtiyatlarının öyrənilməsi, hasil edilməsi, daşınması, səmərəli istifadəsi ilə bağlı məsələlər ətraflı müzakirə olunmuşdur.
Beynəlxalq Hidrogeoloqlar Assosiasiyasının üzvləri, geologiya-mineralogiya elmləri doktoru Ələkbər Babayev və geologiya-mineralogiya elmləri namizədi İradə İbrahimova Azərbaycanın mineral və termal su ehtiyatları barədə seminarda geniş məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycanda müalicə xüsusiyyətlərinə malik 50-dən çox öyrənilmiş mineral və termal su mənbəyi vardır.
Seminar iştirakçıları Masallı, Lənkəran və İsmayıllıya gedəcək, həmin bölgələrdə yeraltı su mənbələri və onlardan istifadənin vəziyyəti ilə tanış olacaqlar.
Sentyabrın 14-də seminar öz işini yekunlaşdıracaqdır.