Peyvəndlənmiş əcnəbilər İsraildə yaşayan qohumlarını ziyarət edə biləcək
Bakı, 8 aprel, AZƏRTAC
Tam vaksinasiyadan keçmiş əcnəbilərin aprelin 8-dən etibarən İsraildə yaşayan yaxın qohumlarının yanına getməsinə icazə veriləcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin turizm naziri Orit Farkaş-Hakoen deyib.
“Bu gündən etibarən vaksinasiya olunmuş ailə üzvləri İsraildə yaşayan yaxın qohumlarını ziyarət edə biləcəklər. Bu, İsraildə sağlam vaksinasiyalı turizmə doğru ilk addımdır”, - deyə nazir bildirib. Onun sözlərinə görə, hazırda Turizm Nazirliyi xarici turistlərin ölkəyə girişinə icazələrin genişləndirilməsi üzərində işləyir.
“Ümid edirəm ki, vaksinasiya edilənlər üçün hava məkanının yaxın vaxtlarda açılması və İsrailə səfərlərin bərpa olunması üzrə çərçivə layihəsini dərc edə bilərik”, - deyə Orit Farkaş-Hakoen vurğulayıb.
Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, İsraildə 835 mindən çox yoluxma və 6 min 270 ölüm faktı qeydə alınıb, 824 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 4 min 771 nəfərdən 290-nın vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]