PİLOTSUZ TƏYYARƏLƏR NƏFƏSLİKDƏN KEÇƏ BİLİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunlar iki mini aparat və iki mikrotəyyarədir. Onlar İsrailin öz aviasiya müəssisələrində istehsal edilmişdir. Yeni pilotsuz təyyarələrin çəkisi 250 qramdan 1,3 kiloqramadəkdir. Onlar bir saatlıq uçuş ərzində öz operatorlarına təsvirlər göndərə bilir. İki hərbçinin məsafədən idarə etdiyi aparatların ən irisi 10 kilometr diapazona malikdir. Diapazonu iki dəfə kiçik olan digər təyyarələri isə bir operator idarə edir.
Bir sıra uğurlu sınaqlardan sonra İsrail ordusu təyyarələrin alınmasına dair müqavilə bağlamağa hazırdır. Onlardan, ilk növbədə, Fələstin ərazilərinə nəzarət üçün istifadə ediləcəkdir.