PİNOÇET MƏHKƏMƏ QARŞISINDA CAVAB VERƏCƏK
Çilinin Ali Məhkəməsi Pinoçeti istefaya getmiş dövlət başçısı kimi malik olduğu parlament toxunulmazlığı hüququndan məhrum etmək qərarına gəlmişdir.
A.Pinoçet tanınmış müğənni və bəstəkar Viktor Xaranın və Santyaqoda həbs düşərgəsinə çevrilmiş stadionda güllələnmiş daha 17 nəfərin ölümü ilə bağlı yaxın günlərdə rəsmən dindiriləcəkdir.
Keçmiş diktator həmçinin təkcə 1973-cü ilin sentyabr-oktyabr aylarında Çilinin bir çox şəhərlərində 75 müxalifətçinin öldürülməsi üçün cavabdeh olan “qırğın eskadronları”na rəhbərlik etməkdə təqsirləndirilir.
Pinoçet rejiminin çoxsaylı qurbanlarının qohumları və Çilidə hərbi xuntanın 17 illik hökmranlığı dövrünün bütün dəhşətlərini yaşamış insanlar Ali Məhkəmənin qərarını böyük sevinclə qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]