Pirallahıda 500-dən çox ağac və gül kolları əkilib
Bakı, 12 dekabr, AZƏRTAC
YAP Pirallahı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyada YAP Pirallahı rayon təşkilatının idarə heyəti və Aparatının əməkdaşları, həmçinin rayon təşkilatının fəalları iştirak ediblər. Aksiya nəticəsində 500-dən çox ağac əkilib, park və xiyabanlarda çoxlu gül kolları basdırılıb. Əkilən ağaclar və gül kolları suvarılıb.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ağacəkmə kampaniyası dövründə Tədbirlər Planına uyğun olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]