PİYADA HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun Liman şəhərində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Şəhər sakini Malik Həsənov idarə etdiyi “VAZ-2103” markalı avtomaşınla həmyerlisi Vəliağa Abdullayevi vurmuşdur. Nəticədə, piyada hadisə yerində ölmüşdür.
Faktla bağlı təhqiqat aparılır.