PİYADA XƏSTƏXANADA KEÇİNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndi ərazisində Bakı şəhər sakini Məhəmməd Mahmudov “VAZ-2107” markalı avtomaşını idarə edərkən, Bərdə rayon sakini Anar İsmayılovu vurmuşdur.
Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilən A.İsmayılov orada keçinmişdir.
Mingəçevir şəhərinin H.Əliyev prospektində Göyçay rayon sakini Natiq Sədrəddinov “Oka” markalı avtomaşını idarə edərkən şəhər sakini Yusif Məhərrəmovu vurmuşdur.
Nəticədə, Y.Məhərrəmov xəstəxanaya aparılarkən yolda ölmüşdür.