CƏMİYYƏT
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir
![](/files/galleryphoto/2023/1/1200x630/1678193143123565164_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781931433076627702_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678193143103414917_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781931436457661183_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781931432123261220_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781931431658725913_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16781931435760836162_1200x630.jpg)
Bakı, 7 mart, AZƏRTAC
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası bu dəfə Buzovna qəsəbəsində yerləşən “Rahat” marketdə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ETSN və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı ümumi tutumu 1070 litr olan plastik butulka yığılıb, əvəzində iştirakçılara ekoçantalar verilib.
Aksiyada iştirak edən vətəndaşların bir qismi məhz dəniz sahillərindən yığdıqları plastikləri təhvil veriblər.
Yığılan plastik tullantılar “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təkrar emala yönləndirilib.
Növbəti aksiyaların keçiriləcəyi ərazi və tarix barədə elan öncədən nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılacaq.
ETSN hər kəsi həmin aksiyalarda fəal iştirak etməyə, tullantıların çeşidlənməsinə, təkrar emala yönləndirilməsinə dəstək olmağa, eyni zamanda, polietilen paketlərdən istifadəni azaltmağa, ekoloji cəhətdən təmiz çantalardan istifadə etməyə çağırır.