P.MÜŞƏRRƏF: BİZ PAKİSTANDA “ƏL-QAİDƏ”NİN BELİNİ QIRMIŞIQ
Pakistan Prezidenti Pərviz Müşərrəf bildirmişdir ki, onun ölkəsinin ordusu “Əl-Qaidə”nin bir neçə komanda məntəqəsini dağıtmış və bu terror təşkilatının 600-dək üzvünü həbsə almışdır. AZƏRTAC xəbər verir ki, bunu o, dekabrın 7-də Londonda mətbuat konfransında açıqlamışdır. Pakistan rəhbəri burada Böyük Britaniyanın Baş naziri Toni Bleyerlə görüşmüşdür.
P.Müşərrəf demişdir: “Biz Pakistanda “Əl-Qaidə”nin belini qırmışıq. Onlar pərən-pərən düşmüşlər. Ordumuz onların komanda məntəqələrini dağıtmış və silah-sursat anbarlarını ələ keçirmişdir. Əsla şübhə yoxdur ki, Pakistan öz ərazisində ekstremizm və terrorizm üzərində inamlı qələbə qazanmışdır”.
T.Bleyer general P.Müşərrəfin cəsarətli və məsuliyyətli olduğunu vurğulamış və həmçinin belə bir qənaətə gəldiyini bildirmişdir ki, hərbi əməliyyatların səmərəliliyinə baxmayaraq, bu, beynəlxalq terrorizm probleminin həlli yolu deyildir.
Hər iki lider terrorizmi qidalandıran mənbələrlə - yoxsulluq, savadsızlıq və siyasi münaqişələrlə mübarizə aparmağa çağırmışdır.
P.Müşərrəf sonra Bi-Bi-Si-yə müsahibəsində demişdir: “Biz üzdəki təzahürlə mübarizə aparırıq, amma vəziyyəti uzunmüddətli perspektiv üçün düzəltməkdən ötrü heç nə etmirik”.
Lakin xüsusi xidmət orqanlarının bütün səylərinə baxmayaraq, “1 nömrəli terrorçu” Üsəma ben Ladenin harada olduğu hələ də məlum deyildir. Prezident Pərviz Müşərrəf bunu “Vaşinqton post” qəzetinə bu yaxınlarda verdiyi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, Pakistanın təhlükəsizlik xidmətləri “Əl-Qaidə” terror təşkilatı başçısının yerini öyrənmək üçün fəal səylərini davam etdirirlər. Prezident demişdir ki, son reydlər və onların gedişində yaxalanmış şəxslərin dindirilməsi yalnız bir şeyi - Üsəma ben Ladenin sağ olduğunu müəyyənləşdirməyə imkan vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]