PNEVMATİK TÜFƏNG VƏ PNEVMATİK TAPANÇADAN ATƏŞAÇMA ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tirində 10 metr məsafəyə pnevmatik tüfəng və pnevmatik tapançadan atəşaçma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.
Qadınların pnevmatik tüfəngdən atəşaçma yarışında ən yaxşı nəticəni Mehriban Məcidova göstərmişdir. Aynur Qəhrəmanova 2-ci, Səidə Səfərəliyeva isə 3-cü yerləri tutmuşlar.
Kişilərin pnevmatik tüfəngdən atəşaçma turnirində isə 1-ci yerə Rodion Xusainov layiq görülmüşdür. Sonrakı yerlərdə Fərid Qurbanov və Orxan Əlizadə qərarlaşmışlar.
Qadınların pnevmatik tapançadan atəşaçma yarışında Nigar Bağırova fərqlənmişdir. Yelena Taranova 2-ci, İrada Aşumova 3-cü nəticələri göstərmişlər.
Kişilərin pnevmatik tapançadan atəşaçma turnirində Ruslan Lunyov 1-ci, Şükürağa Eyvazov 2-ci, Emin Əhmədov isə 3-cü yerlərdə qərarlaşmışlar.
Azərbaycan Güllə və Stend Atıcılığı Federasiyasından bildirmişlər ki, yarışda fərqlənmiş idmançılar fevralın 19-dan 23-dək Praqada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]