podrobno.uz saytı: Naftalana çəliklə gələnlər əl ağaclarını muzeyə verib gedirlər
Daşkənd, 19 noyabr, AZƏRTAC
Daşkənddəki podrobno.uz saytında Azərbaycanın Naftalan kurort-şəhərindən bəhs edən geniş məqalə yerləşdirib.
Saytın müxbiri Dilnoza Aşurbekova məqaləsində Naftalan şəhəri və burada çıxarılan neftin müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verir. Qeyd edilir ki, Naftalanın tarixi 1873-cü ilə gedib çıxır. O vaxtlar burada əllə neft quyuları qazılırdı və şəhərin adı qədim Midiya dilində neft mənası verən “nafta” sözündən götürülüb.
Müəllif yazır ki, Naftalan kurortu 1926-cı ildən fəaliyyət göstərir və burada nevroloji, dəri, uroloji, ginekoloji, ümumiyyətlə 70-dən artıq xəstəlik müalicə olunur. Hazırda Naftalanda neft vannaları müasir müalicə üsulları ilə birlikdə tətbiq edilir və yaxşı nəticə verir. Naftalanda dünyada yeganə “Çəlik muzeyi” yaradılıb. Bu şəhərə çəliklə gələnlər əl ağaclarını həmin muzeyə verib gedirlər. Bu da Naftalan neftinin möcüzəli təsirini təsdiq edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]