Polad Bülbüloğlu: “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası ilə bağlı təkliflər proqramın icrasında mühüm rol oynayacaq
Bakı, 5 may, AZƏRTAC
Mədəniyyət sahəsi çoxşaxəlidir. Hər istiqamətdə intellektual insanlar, sənət adamları fəaliyyət göstərir. Bu gün Konsepsiya ilə bağlı keçirilən toplantıda müəssisə rəhbərlərinin, tanınmış sənətkarların iştirakı xüsusi əhəmiyyət daşıyır. Onların fikirlərinin öyrənilməsi və təkliflərinin nəzərə alınması olduqca vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mayın 5-də “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının icrası çərçivəsində “İncəsənətin inkişafına dair dövlət proqramı layihəsinin hazırlanması” yarımbəndinin həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın ilk iclasında, eləcə də proqram üzərində çalışan işçi qrupun növbəti toplantısında deyib.
O bildirib ki, əsas məsələ bu proqramın necə həyata keçiriləcəyi, onun imkanlarından necə səmərəli istifadə olunacağıdır.
"Bu istiqamətdə dövlət qurumlarının, müvafiq nazirliklərin, eyni zamanda sənət adamlarının fəal iştirakı vacibdir. Qarşıda duran vəzifələr kifayət qədər genişdir. Buna görə də belə proqramların hazırlanması və icrası üzərində operativ və məqsədyönlü şəkildə işləmək zəruridir. İnanıram ki, verilən təkliflər nəzərə alınacaq və proqramın həyata keçirilməsində mühüm rol oynayacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:36]
Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir
- 07.05.2026 [16:56]
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı
- 07.05.2026 [16:28]
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib
- 07.05.2026 [16:12]
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam
- 07.05.2026 [16:09]
On bir nəfərə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
- 07.05.2026 [15:20]
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq
- 07.05.2026 [15:04]