Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Azərbaycan Qərb və Şərqi birləşdirən siyasi güc, türk dünyasının əsas lokomotividir

Politoloq: Azərbaycan Qərb və Şərqi birləşdirən siyasi güc, türk dünyasının əsas lokomotividir

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan hazırda siyasi güc olaraq mövqelərini möhkəmləndirməkdədir. Bu gün dövlətimiz beynəlxalq siyasətdə əsas oyunçulardan biridir. Azərbaycan dünyada baş verən proseslərdə əsas nizamlayıcı qüvvələrdən birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs və ölkəmizdə davamlı xarakter alan islahatlar nəticəsində Azərbaycan hadisələrə istiqamət verən əsas amildir. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra isə Azərbaycan təkcə Avrasiya məkanı üçün deyil, bütün materiklər üçün tədqiq edilən areala çevrilib. Hazırkı dünya düzənində Azərbaycanın birmənalı yeri mövcuddur. Dövlətimizin başçısının liderlik keyfiyyətləri, qalib Lider xüsusiyyətləri, siyasi gedişləri beynəlxalq münasibətlər sistemində tədris olunan əsas nüanslardan birini təşkil edir. Prezident İlham Əliyev dünyanın ən vacib siyasi institutları və beyin mərkəzləri tərəfindən ehtiram göstərilən, qlobal nizama müsbət töhfələr verən rəhbər kimi xarakterizə edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın bütün coğrafiyalarını əhatə edən Qoşulmama Hərəkatı kimi vacib bir təşkilatı Azərbaycan daha da inkişaf etdirdi. Pandemiyanın ən kəskin dövründə dövlətimizin başçısının səyləri nəticəsində bəşəri ədalətsizliyə son qoyuldu, həmçinin onun “vaksin millətçiliyi”nə qarşı apardığı mübarizə, bu həssas mövzunu BMT və Qoşulmama Hərəkatında daim aktual saxlamağı problemini kökündən həll etdi. Belə ki, nisbətən yoxsul ölkələrə qarşı edilən haqsızlıqların qarşısı müəyyən qədər alındı. Eyni zamanda, Prezident İlham Əliyevin bir çox ölkələrə səfərləri və keçirilən görüşlər, ona Avropada, Asiyada, türk dünyasında olan inam Azərbaycanın maraqlarının ən yüksək kürsülərdə ifadə olunması ilə nəticələnir.

Azərbaycan qalib ölkə kimi bu gün türk dünyasını birləşdirən lokomotivdir. Çünki türk dövlətlərinin yerləşdiyi region uzun illər qlobal imperializmin qorxduğu istinad nöqtəsi hesab edilib. Əsrlər boyu bu böyük qüvvəni sabotaj etmək istəyən dünya bu ölkələri əsassız formada təhdid kimi görüb. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Azərbaycan ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasi kursu nəticəsində türk dünyasını birləşdirmək üçün mühüm addımlar atıb.

Tural İsmayılov vurğulayıb ki, türkdilli xalqların inteqrasiyası ulu öndər Heydər Əliyevin daim diqqətdə saxladığı mövzu olub. Ümummilli Lider vurğulayırdı ki, bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşsa da, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna və onlar üçün böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil etmək olar. Ulu öndər Heydər Əliyev 1994-cü il oktyabrın 18-də türkdilli ölkələrin dövlət başçılarının İstanbul sammitində “Türk birliyi” məfhumunun vacibliyini çox dəqiq izah etmişdi: “Ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və çalışacaqdır. Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik”. Ulu öndər Heydər Əliyevin bu etirafı onun siyasi Lider kimi böyüklüyünün nümayişi idi. Bu bəyanat həm də Azərbaycan rəhbərinin bütün tərəfdaşlar kimi, türk respublikaları ilə də açıq və səmimi münasibət qurmaq niyyətini göstərirdi. Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirib, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışıb. O, türk dövlətlərinin başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak edərək formatın gələcək inkişaf meyarlarına danılmaz töhfələr verib.

“2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Türk Dövlətləri Təşkilatının ilkin forması olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilat kimi Naxçıvan Zirvə Görüşü nəticəsində ərsəyə gəldi. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən yaradıldı. TDƏŞ Katibliyi 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri və 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar verib. TDƏŞ-in Baş katibi Bağdad Amreyev 2020-ci ilin oktyabrın 20-də Gəncəni ziyarət edib, Ermənistan tərəfindən şəhərin raket atəşinə tutulması ilə bağlı türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanat verib. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfərləri olub. Bunun ardınca isə 44 günlük Vətən müharibəsində bütün türk dünyası tək yumruq halında Azərbaycanı dəstəklədi.

2009-cu il oktyabrın 3-də Naxçıvan Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasının birliyi məsələsində öz prinsipiallığını nümayiş etdirdi. Dövlətimizin başçısı vurğuladı ki, biz çox istəyirik türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Prezident bütün siyasi mərkəzlərə göstərdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Ekspert xatırladıb ki, ötən il Prezident İlham Əliyev İstanbulda Ordenlə təltif edilib. Bu, türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymətdir. Həmçinin sonuncu Zirvə Görüşündə Macarıstanın Baş naziri Avropanın alternativ enerji ilə təmin edilməsinə görə Azərbaycana təşəkkür etdi. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təcəssümüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb