POLŞA PREZİDENTİ LEX KAÇİNSKİ BAKIYA GƏLMİŞDİR
Polşa Prezidenti Lex Kaçinski Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyunun 18-də Bakıya işgüzar səfərə gəlmişdir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa Prezidenti Lex Kaçinskini və onu müşayiət edən geniş tərkibdə nümayəndə heyətini Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız ali qonağa gül dəstəsi təqdim etdilər.