Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib
Bakı, 20 mart, AZƏRTAC
Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkib. Qarşılaşma "ağ-qaralar"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra paytaxt təmsilçisi 37 xalla 6-cı, İmişlinin eyniadlı klubu isə 22 xalla 9-cudur.
Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” evdə “Sumqayıt”ı 3:1, "Kəpəz" isə Yevlaxda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:53]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:43]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:19]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:01]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [19:19]
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
- 23.09.2026 [18:35]