Premyer Liqa: “Qarabağ” “Zirə”ni məğlub edib
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci qarşılaşmasında “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 43-cü dəqiqədə Nəriman Axundzadə, 77-ci dəqiqədə penaltidən Riçard Almeyda, 81-ci dəqiqədə Adama Diakabi fərqləniblər. Qonaqların yeganə qoluna isə 79-cu dəqiqədə Sezar Meza Kolli imza atıb.
Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Zirə” isə 36 xalla altıncı yerdə qərarlaşıb.
Günün ilk görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun digər qarşılaşmalarında “Sumqayıt” “Səbail”ə 1:0, “Sabah” “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. “Kəpəz” – “Neftçi” görüşü isə qollu heç-heçə ilə bitib - 3:3.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]