Premyer Liqa: “Sabah” klubu “Kəpəz”i böyük hesabla məğlub edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qəbələ” klubu öz meydanında “Qarabağ”a minimal hesabla məğlub olub. Oyunun yeganə qolunu 58-ci dəqiqəsində Filip Ozobiç vurub.
Günün digər matçında isə “Sabah” və “Kəpəz” komandaları qarşılaşıb. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyun ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Coy Lens Mikels (22), Aleksey Kaşuk (39), Anatoli Nuriyev (42), Aleksey Kaşuk (52) və Namik Ələskərov (82) vurublar.
Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlində ehtiyatında bir oyun olan “Qarabağ” 24 xalla liderdir. “Sabah” klubu ikinci, “Qəbələ” komandası isə beşincidir. Hesabında 4 xalı olan “Kəpəz” klubu 8-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]