İDMAN
Premyer Liqa: “Səbail” autsayderlə, “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti matçları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması “ASCO Arena”da “Səbail” və “Qəbələ” komandaları arasında olacaq. Bu mövsüm yaxşı oyun sərgiləyən “dənizçilər” 23 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. On xalı olan “qırmızı-qaralar” isə autsayderdir.
Digər matçda isə “Araz-Naxçıvan” “Dalğa Arena”da “Sabah”ı qəbul edəcək. Hazırda muxtar respublika təmsilçisi 23 xalla altıncı, bakılılar isə 22 xalla yeddincidir.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib. Dekabrın 16-da “Turan Tovuz” və “Zirə”, dekabrın 18-də isə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Azərbaycan Premyer Liqası
XVII tur
15 dekabr (cümə)
13:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”
15:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Dalğa Arena”