İDMAN
Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ" 9 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Zirə" isə 6 xalla 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Səbail"ə, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0, "Sabah" Tovuzda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Şamaxı" isə doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2024 [18:08]
Azərbaycanın yeniyetmə şahmatçısı: Məqsədim milli komandada çıxış etməkdir
- 09.09.2024 [16:22]
Azərbaycanın iki idmançısı V Dünya Köçəri Oyunlarında bürünc medal qazanıb
- 09.09.2024 [16:13]
Amerikalı basketbolçu “Şəki”yə keçib
- 09.09.2024 [16:12]
“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb
- 09.09.2024 [15:57]
Rusiyalı voleybolçu Azərbaycan klubuna keçib
- 09.09.2024 [15:53]