Premyer Liqanın yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün əlamətdar olub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının yeddinci turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub. O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. E.Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.
Qeyd edək ki, debütü 2013/2014-cü il mövsümündə “Qəbələ”də gerçəkləşən E.Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]