Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Qarabağa hər səfəri dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir - ŞƏRH

Prezident İlham Əliyevin Qarabağa hər səfəri dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir -  ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin 28 May - Müstəqillik Günündə Qarabağa səfəri Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi və strateji məna daşıyan mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki bu səfər yalnız dövlətimizin başçımızın regionlara ənənəvi işgüzar səfərlərindən biri deyil, həm də ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi mesajdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Müstəqillik Gününün məhz Qarabağ torpağında qeyd olunması xüsusi rəmzi və ideoloji məna daşıyır. Uzun illər işğal altında qalmış torpaqlarımızda bu gün Azərbaycan Bayrağının dalğalanması, yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlət müstəqilliyinin real və praktiki nəticələrinin ən parlaq təzahürüdür. Səfər çərçivəsində Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin istifadəyə verilməsi isə xüsusi diqqət çəkən hadisələrdən biri oldu. Bu layihə yalnız yeni sənaye müəssisəsinin açılması deyil, həm də Qarabağda iqtisadi həyatın bərpasının, özəl investisiyaların təşviqinin və dayanıqlı məşğulluq modelinin formalaşdırılmasının konkret və aydın göstəricisidir. Müasir texnologiyalar əsasında fəaliyyət göstərəcək müəssisənin həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixrac potensialının artırılmasına xidmət etməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda yeni sənaye və istehsal müəssisələrinin yaradılması bu regionun ölkənin iqtisadi sisteminə reinteqrasiyasının əsas istiqamətlərindən birini təşkil edir. Həmçinin bu proses işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin olunmasına, sosial rifahın yüksəldilməsinə və iqtisadi fəallığın artırılmasına xidmət göstərməklə xüsusi önəm daşıyır.

“Dövlət tərəfindən sahibkarlar üçün tətbiq olunan vergi, gömrük və maliyyə güzəştləri isə özəl sektorun bölgəyə marağını artıraraq, Qarabağın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəldir. Digər tərəfdən isə Prezident İlham Əliyevin Qarabağa hər səfərində yerli sakinlərlə birbaşa ünsiyyət qurması, onların problemləri və ehtiyacları ilə yaxından maraqlanması dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Müstəqillik Günündə bölgəyə köçürülmüş ailələr və kənd sakinləri ilə keçirilən görüşlər bir daha nümayiş etdirdi ki, Qarabağın bərpası yalnız infrastruktur və tikinti layihələri ilə məhdudlaşmır. Dövlət siyasətinin əsas məqsədi həmin ərazilərdə təhlükəsiz, dayanıqlı və yüksək həyat standartlarına malik yaşayış mühitinin formalaşdırılmasıdır. Səfər zamanı dövlətimizin başçısının çıxışlarında Azərbaycanın müstəqillik tarixinin mürəkkəb mərhələlərinə toxunması da mühüm siyasi məna daşıyır. Müstəqilliyin ilk illərində ölkədə müşahidə olunan siyasi böhranlar, idarəetmə zəifliyi və daxili qarşıdurmalar milli təhlükəsizlik üçün ciddi təhdidlər yaratmışdı. Lakin sonrakı dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən ardıcıl dövlət quruculuğu siyasəti nəticəsində güclü dövlət institutları formalaşdırılmış, siyasi sabitlik təmin edilmiş və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu qurulmuşdu. Məhz bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində və milli maraqlarının səmərəli şəkildə müdafiəsində həlledici rol oynayır. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər və sonrakı dövrdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin olunması isə Azərbaycanın inkişaf tarixində yeni mərhələnin əsasını qoydu”, - deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı layihələr hərbi-siyasi Qələbənin iqtisadi və sosial uğurlarla möhkəmləndirildiyini göstərir. Bu, təhlükəsizlik və sabitliyin iqtisadi yüksəlişə və sosial tərəqqiyə çevrilməsi istiqamətində həyata keçirilən strateji dövlət siyasətinin uğurlu nəticəsidir. Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın beynəlxalq və regional nüfuzunun güclənməsinə də mühüm töhfə verir. Müharibədən sonra tamamilə dağıdılmış ərazilərin qısa müddətdə yenidən qurulması, müasir şəhərsalma konsepsiyalarının tətbiqi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin reallaşdırılması Azərbaycanın iqtisadi potensialını, idarəetmə qabiliyyətini və strateji planlaşdırma imkanlarını nümayiş etdirir. Bu amillər ölkəmizin Cənubi Qafqazda lider mövqeyini daha da möhkəmləndirir.

“Müstəqillik Günündə dövlətimizin başçısının Qarabağa səfərinin digər mühüm siyasi mesajı isə dövlət, xalq və ordu birliyinin sarsılmaz xarakter daşıdığını göstərməsidir. Qarabağ artıq yalnız işğaldan azad edilmiş ərazi deyil, Azərbaycanın milli iradəsinin, gücünün, iqtisadi potensialının və gələcəyə hesablanmış inkişaf strategiyasının rəmzinə çevrilən strateji önəm daşıyan bölgədir. Hazırda bu bölgədə həyata keçirilən layihələr göstərir ki, Azərbaycan tarixi ədaləti bərpa etməklə kifayətlənməyib, eyni zamanda, həmin torpaqları ölkənin ən inkişaf etmiş və strateji əhəmiyyətli bölgələrindən birinə çevirməyi hədəfləyir. Bu baxımdan Prezident İlham Əliyevin Qarabağa səfəri dövlət suverenliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və tarixi ədalətin tam bərpası baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Bu səfər bir daha təsdiq etdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişaf strategiyasında yalnız bərpaolunan bölgələr deyil, həmçinin ölkənin iqtisadi qüdrətini, geosiyasi mövqeyini və milli gücünü artıran əsas inkişaf mərkəzləri kimi çıxış edəcək”, - deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO