Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin tarixi müsahibəsi: Azərbaycanın regional güc kimi yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyevin tarixi müsahibəsi: Azərbaycanın regional güc kimi yeni mərhələsi TƏHLİL

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün strateji mesajlarla zəngin oldu. Bu müsahibə Cənubi Qafqazda yaranmış yeni reallıqları, Azərbaycanın sülh gündəmini və Prezident İlham Əliyevin ardıcıl siyasi xəttini beynəlxalq auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müsahibəsində ən mühüm məqam ondan ibarət idi ki, Azərbaycan artıq qalib dövlət statusunu beynəlxalq müstəvidə təsdiqləyib.

Prezident İlham Əliyev müsahibədə bir daha vurğuladı ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu, yalnız hərbi qələbə deyildi, həm də diplomatik və siyasi arenada böyük dönüş nöqtəsi idi. Prezident Əliyevin sözləri bir daha təsdiqlədi ki, Bakı müharibədən sonra revanşist niyyətlərə deyil, sülh quruculuğuna üstünlük verib. Məhz Azərbaycanın təşəbbüsü ilə sülh sazişi layihəsi hazırlanıb və regionda dayanıqlı sabitlik üçün əsas addımlar atılıb. Azərbaycan Prezidentinin “biz intiqamı döyüş meydanında aldıq” ifadəsi isə onun dövlətçilik müdrikliyini, gələcəyə baxışını nümayiş etdirir.

Bu fikirlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun qələmə aldığı “Prezident İlham Əliyevin tarixi müsahibəsi: Azərbaycanın regional güc kimi yeni mərhələsi” adlı yazıda ətraflı təhlil olunub. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

Diplomatik qətiyyət və beynəlxalq dəstək

Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılaşma artıq müharibənin sonu deməkdir. Bu sənəd yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi taleyinə təsir edən hadisədir. O, açıq şəkildə bildirdi ki, sənədi pozmaq Ermənistan üçün özünü beynəlxalq təcridə məhkum etmək demək olardı. Azərbaycan liderinin mövqeyi aydındır: bu gün regionda güc balansı Azərbaycanın xeyrinədir və heç bir qüvvə tarixi reallığı dəyişdirə bilməz. Onun dediyi kimi, Ermənistanın gələcək hökumətləri hansı formada olursa-olsun, imzalanmış razılaşmanı şübhə altına almaq cəhdləri yalnız özlərinə zərər gətirəcək.

Prezident İlham Əliyev Donald Trampı “sülh yaradan lider” kimi yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiyini açıqladı. Xüsusilə Trampın qısa müddətdə müxtəlif regionlarda sülh təşəbbüslərinə imza atmasını nümunə gətirdi. Prezident İlham Əliyev, həmçinin Minsk qrupunun fəaliyyətindən danışarkən onu da qeyd etdi ki, artıq bu qrup öz fəaliyyətini başa vurub. Qrup 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra bu qurumun varlığını saxlamaq yalnız süni gərginlik yaratmaq demək idi. Azərbaycan diplomatiyası isə prinsipial mövqe sərgiləyərək bu absurda son qoydu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Minsk qrupunun ləğvinə başlanması Azərbaycanın diplomatik qələbələrinin davamı kimi tarixə düşdü. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyev heç bir köhnəlmiş mexanizmin ölkəmizin maraqlarına qarşı istifadə olunmasına imkan vermir.

Azərbaycanın Yaxın Şərqdə artan rolu: diplomatiya, enerji və vasitəçilik missiyası

Prezident İlham Əliyevin müsahibəsinin Yaxın Şərqə aid hissəsi Azərbaycanın regional siyasətdə getdikcə daha aktiv rol oynadığını açıq şəkildə göstərir. Burada həm vasitəçilik təşəbbüsləri, həm də enerji diplomatiyası ön plana çıxır. Dövlətimizin başçısı qeyd etdi ki, uzun illər Suriya ilə münasibətlər faktiki olaraq donmuşdu. Bunun əsas səbəbi Suriyanın Ermənistanı dəstəkləməsi idi. Lakin son illərdə yeni reallıqlar fonunda əlaqələrin bərpası istiqamətində addımlar atılıb. Humanitar yardım, enerji əməkdaşlığı və yüksəksəviyyəli qarşılıqlı səfərlər münasibətlərin normallaşmasının əsas sütunlarına çevrilib. Xüsusilə Azərbaycan-Türkiyə-Qətər-Suriya dördtərəfli razılaşması çərçivəsində Suriyaya Azərbaycan qazının tədarükü həm humanitar, həm də strateji addım kimi diqqəti çəkir. Bu, Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də humanitar diplomatiya aparıcısı kimi mövqeyini möhkəmləndirir. Müsahibədən aydın olur ki, Azərbaycan İsrail ilə Suriya arasında müəyyən təmasların qurulmasına vasitəçilik edib. Prezident İlham Əliyev bunu yalnız regional sabitliyə və sülhə töhfə vermək niyyəti ilə etdiklərini vurğulayır. Azərbaycanın müharibə və qaçqınlıq təcrübəsi ona münaqişə bölgələrində daha həssas yanaşma imkanı yaradır. Bu, Azərbaycanı etibarlı vasitəçi kimi təqdim edir. Əlavə olaraq, Azərbaycanın bütün hallarda dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi prinsipini önə çıxarması onun beynəlxalq imicinə ardıcıllıq qazandırır. Bu yanaşma həm Qarabağ məsələsində tutduğu mövqe ilə uzlaşır, həm də Yaxın Şərqdə müxtəlif aktorlarla işləməsinə şərait yaradır. Azərbaycanın ən mühüm üstünlüyü ondan ibarətdir ki, həm Türkiyə, həm də İsrail ilə yaxın münasibətlərə malikdir. Prezident İlham Əliyev xatırladır ki, iki ölkə arasında münasibətlərin normallaşmasının ilk mərhələsində Bakının rolu olub. Hazırda vəziyyətin gərginləşməsinə baxmayaraq, Azərbaycan zərurət yaranarsa, “sakit diplomatiya” ilə yenidən yardım göstərməyə hazırdır. Bu, Azərbaycanın təhlükəsizlik prioritetlərinə əsaslanan praqmatik siyasətinin göstəricisidir.

Azərbaycanın təbii qaz ixracının əsas istiqaməti Avropadır. Hazırda 10 ölkəyə qaz satılır və 2030-cu ilə qədər ixrac həcminin daha da artırılması planlaşdırılır. Bununla belə, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan qazının Yaxın Şərq bazarına çıxışı perspektivindən danışdı. Bu, Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi və yeni bazarlara inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Körfəz ölkələri ilə əməkdaşlıq yalnız qaz və neftlə məhdudlaşmır. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı əsas investorlar qismində çıxış edirlər. Bu, Azərbaycanın yaşıl enerji xəritəsini həyata keçirməsinə şərait yaradır və ölkəni enerji tranzitindən əlavə həm də enerji istehsalçısı və ixracatçısı kimi möhkəmləndirir.

Prezident İlham Əliyevin strateji baxışı: Qarabağdan Zəngəzur dəhlizinədək

Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə təkcə tarixi hadisələrin şərhi deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin beynəlxalq auditoriyaya təqdimatı idi. Müsahibənin ikinci hissəsində dövlətimizin başçısı iki mühüm məsələyə xüsusi toxundu: Böyük Qayıdış Proqramına və Zəngəzur dəhlizinin strateji roluna. Ölkə rəhbəri xatırlatdı ki, Birinci Qarabağ müharibəsi dövründə bir milyon insan doğma yurdundan didərgin düşmüşdü. O, prezident seçildiyi ilk illərdə çadır düşərgələrinin ləğv olunmasını təmin etdi və qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün ardıcıl siyasət apardı. Bu gün isə artıq Böyük Qayıdış Proqramı reallığa çevrilir: 50 mindən çox soydaşımız Qarabağa qayıdıb, yeni şəhər və kəndlər inşa edilir, infrastrukturlar bərpa olunur. Prezident İlham Əliyevin sözləri bir daha göstərir ki, dövlətin məqsədi torpaqları azad etməklə bərabər, həm də orada layiqli həyat şəraiti, müasir şəhərsalma və iş yerləri təmin etməkdir. Lakin Prezident İlham Əliyev diqqəti iki əsas maneəyə yönəltdi - minalar və dağıdılmış infrastruktur. Ermənistanın 30 ildən artıq işğal siyasətinin acı nəticələrini aradan qaldırmaq üçün böyük maliyyə resursları və zaman tələb olunur. Buna baxmayaraq, dövlətimizin başçısının siyasi iradəsi nəticəsində proses sürətlə davam edir.

Müsahibənin ən geniş müzakirə olunan hissəsi isə Zəngəzur dəhlizi - TRIPP layihəsi oldu. Prezident İlham Əliyev tarixi faktlarla izah etdi ki, Azərbaycan süni şəkildə iki hissəyə bölünüb və Naxçıvanla əlaqə kəsilib. İndi isə tarixi ədalət bərpa olunur. Bildirildi ki, Azərbaycan bu dəhlizi güc yolu ilə də ala bilərdi, amma diplomatik yanaşmanı üstün tutdu. ABŞ Prezidentinin dəstəyi ilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı yeni dəhliz konsepsiyası formalaşdı. Bu, yalnız Azərbaycanın iki hissəsini birləşdirmir, həm də Asiyanı Avropaya bağlayan ikinci mühüm nəqliyyat xətti olacaq. TRIPP layihəsi Azərbaycanın tranzit imkanlarını daha da artırmaqla yanaşı, Ermənistan üçün də iqtisadi fürsətlər yaradır. Prezident İlham Əliyevin də dediyi kimi, bu dəhliz sayəsində Ermənistan ilk dəfə tranzit ölkəyə çevrilə bilər. Yəni, Azərbaycan öz Qələbəsindən həm regional inkişaf, həm də qonşuların rifahı naminə istifadə edir. Bu isə dövlətimizin başçısının uzaqgörənlik və regional liderlik missiyasının bariz nümunəsidir. Prezident İlham Əliyevin bu müsahibəsi göstərdi ki, Azərbaycan artıq yalnız ərazi bütövlüyünü bərpa etmiş ölkə deyil, həm də regionun gələcək inkişafının lokomotividir. Böyük Qayıdış Proqramının reallaşması və Zəngəzur dəhlizinin açılması - bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın yeni tarixi mərhələsi artıq başlayıb.

İran və Rusiya: iki fərqli yanaşma

Prezident İlham Əliyev müsahibəsində İranla münasibətləri “təcrübəyə əsaslanan əməkdaşlıq modeli” kimi təqdim etdi. Xüsusilə Araz dəhlizi layihəsi Azərbaycanın Naxçıvanla birləşməsində, həm də regional nəqliyyat xəritəsinin formalaşmasında strateji əhəmiyyət daşıyır. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, Tehran rəhbərliyinin dəstəyi bu prosesin uğurla reallaşması üçün əsas şərtlərdən biridir. Bu yanaşma Azərbaycanın İranla münasibətlərdə qarşılıqlı faydaya əsaslanan praqmatik siyasət yürütməsini göstərir.

Bu kontekstdə Rusiya ilə münasibətlər tamamilə fərqli bir müstəvidə qiymətləndirilir. Prezident İlham Əliyev Azərbaycan təyyarəsinin vurulmasını “faciəvi səhv” kimi səciyyələndirməklə yanaşı, hadisədən sonra Moskvanın sərgilədiyi mövqeyi açıq şəkildə tənqid etdi. O, 2020-ci ildə Rusiya helikopterinin vurulması ilə bağlı Azərbaycanın dərhal üzr istəməsi, təzminat ödəməsi və məsul şəxsləri cəzalandırması kimi konkret addımları xatırladaraq, Rusiya tərəfindən analoji şəkildə adekvat və səmimi reaksiya verilmədiyini vurğuladı. Azərbaycan Prezidenti daha sərt ifadələrə yer verərək, Rusiyada azərbaycanlılara qarşı baş vermiş zorakılıq aktlarını “misli görünməmiş hərəkətlər” kimi xarakterizə etmişdir. Bu bəyanatlar vasitəsilə Azərbaycan tərəfinin Rusiya ilə ikitərəfli münasibətlərdə milli ləyaqət və suverenlik prinsiplərindən geri çəkilmək niyyətində olmadığını aydın şəkildə ifadə etdiyi müşahidə olunur.

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal gücün əsası

Dövlətimizin başçısının çıxışında Türk Dövlətləri Təşkilatına xüsusi yer ayrıldı. Prezident Əliyev bu qurumu gələcəkdə qlobal aktor kimi görür və onun əsas üstünlüyünü ortaq etnik köklər, strateji resurslar, sabitlik və coğrafi imkanlarla izah edir. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi, Özbəkistanla müttəfiqlik müqaviləsi və digər türk dövlətləri ilə tərəfdaşlıq əlaqələri Azərbaycanın bu təşkilatı, sadəcə, regional blok deyil, beynəlxalq təsir mərkəzinə çevirmək niyyətini ortaya qoyur. Ən mühüm mesaj isə budur: Türk dövlətləri heç kimə təhlükə yaratmayan, amma bir çox ölkə üçün fürsət olan güclü birlik formalaşdırmaq məqsədini qarşıya qoyur.

Prezident İlham Əliyevin müsahibədə vurğuladığı məqamları bir qədər dərinləşdirib izah etsək, mənzərə daha aydın görünür:

Birincisi, Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan diplomatiyası balanslı, lakin prinsipial xəttə söykənir. Bu, sadəcə, ritorika deyil, konkret geosiyasi davranış modelidir. İranla münasibətlərdə körpülərin yandırılmaması, əksinə əməkdaşlığın dərinləşdirilməsi regionda sabitlik faktorudur. Eyni zamanda, Rusiya ilə münasibətlərdə Azərbaycanın təkcə tərəfdaş yox, bərabərhüquqlu aktor kimi davranması, ölkənin özünü “itaətkar qonşu” deyil, “müstəqil güc” kimi təqdim etdiyini göstərir.

İkincisi, Azərbaycan dini-siyasi müstəvidə məzhəb bölgülərinə aludə olmur, əksinə ümum-İslam həmrəyliyinə nümunəvi model təklif edir. Bu, yalnız daxili sabitliyi təmin etmir, həm də müsəlman dünyasında parçalanmanı aradan qaldırmaq üçün praktiki nümunə rolunu oynayır.

Üçüncüsü, müsahibədə ABŞ-la münasibətlərə verilən qiymət, diplomatiyada fərdiləşdirilmiş yanaşmanın göstəricisidir. Prezident İlham Əliyev açıq şəkildə Trampı praqmatik əməkdaşlıq üçün əlverişli fiqur, Baydeni isə münasibətlərin zəifləməsinə səbəb olan amil kimi xarakterizə etdi. Bu, Vaşinqtonla əlaqələrin “institusional çərçivədən kənarda” liderlərin siyasi iradəsinə bağlı olduğunu nümayiş etdirir.

Nəhayət, dördüncüsü, Türk Dövlətləri Təşkilatına xüsusi vurğu edilməklə, Azərbaycanın geosiyasi gələcək vizyonu açıqlanır. Burada TDT təkcə mədəni-tarixi birlik kimi deyil, yaxın illərdə qlobal güc mərkəzinə çevrilə biləcək siyasi, iqtisadi və təhlükəsizlik alyansı kimi təqdim olunur.

Beləliklə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi, sadəcə, diplomatik bəyanat yox, Azərbaycanın gələcək onilliklər üçün geosiyasi yol xəritəsi kimi qiymətləndirilə bilər. Azərbaycan artıq təkcə regional oyunçu deyil, qlobal proseslərin taleyini müəyyən edən əsas iştirakçılardan birinə çevrilib. Bu, təsadüfi deyil, çünki XXI əsrin böyük siyasi və iqtisadi sınaqlarında Azərbaycan öz milli gücünü, diplomatik çevikliyini və strateji vizyonunu nümayiş etdirib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqlim məsələləri və beynəlxalq əməkdaşlıq müstəvisində Bakı dünyanın diqqət mərkəzinə çevrilib. Prezident İlham Əliyevin bu müsahibəsi isə əslində, Azərbaycanın yeni geosiyasi statusunun rəsmi manifesti kimi səslənir. Bu çıxış yalnız bir liderin fikirlərinin toplusu deyil, həm də bütöv bir dövlətin və millətin dünyaya ünvanladığı siyasi bəyannamədir. Burada həm gələcəyə yönəlik strateji hədəflər, həm də mövcud reallıqlar fonunda Azərbaycanın prinsipial mövqeyi öz əksini tapır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub