Prezident İlham Əliyev Azərbaycan dilini öyrəndiyinə görə Böyük Britaniya səfirinə təşəkkürünü bildirib
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib ki, bu, Fergus Auldun yeni vəzifəyə təyin olunması ilə əlaqədar nümayiş etdirdiyi yüksək məsuliyyətin daha bir göstəricisidir.
“Əminəm ki, ölkəmizdə olduğunuz müddətdə siz Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəksiniz və əməkdaşlığımızın gələcək inkişafına əhəmiyyətli töhfə verəcəksiniz, o cümlədən bizim ənənəvi əməkdaşlıq sahələrinə daxil olmayan, potensial tərəfdaşlığın yeni sahələrində”, - deyə Azərbaycan Prezidenti bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]