Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında nümunə göstərir

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında nümunə göstərir

Bakı, 29 oktyabr, AZƏRTAC 

Prezident İlham Əliyevin müdrik siyasi xadim kimi fəaliyyəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Bunu Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması uğrunda göstərdiyi şücaət də təsdiqləyir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti və praqmatik düşüncəsi sayəsində rəşadətli Ordumuzun dünyanın 50 ən güclü orduları sırasına qoşulması hər birimiz üçün qürurvericidir. Hər gün bayrağımızın işğaldan azad edilmiş yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş etmişik. İyirmi yeddi illik yurd həsrətinə son qoyulmuş yaşayış məntəqələrimizin sayı artıq 160-a çatıb. Bir ay ərzində 4 rayonun, 3 qəsəbənin, Murovdağ yüksəkliyinin, strateji əhəmiyyətə malik Suqovşanın, Xudafərin körpülərinin düşməndən azad edilməsi və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması tarixi qələbəmizdir. Bəli, Azərbaycan müstəqillik tarixinə özünün şanlı səhifələrini yazır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət İsmayılova bildirib.

Səadət İsmayılova qeyd edib ki, işğalçı Ermənistan sentyabrın 27-dən başladığı növbəti təxribatdan sonra daha da azğınlaşaraq münaqişəni müharibə həddinə çatdırdı. Təcavüzkar ölkənin baş naziri öz havadarlarının köməyi ilə dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, guya sərhədboyu ərazilərdə ilk təxribatı Azərbaycan Ordusu törədib. Dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər, hətta bəzi ölkələrdə siyasi təsir gücünə malik erməni lobbisinin fəaliyyəti nəticəsində bir sıra kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun dinc ermənilərə divan tutması barədə məqalələr dərc edir, bununla da xalqımız haqqında beynəlxalq aləmdə terrorçu obrazı formalaşdırırdılar. Böhtan və yalanla dolu olan həmin məqalələrdə onlar tarixi faktları saxtalaşdıraraq Dağlıq Qarabağın Ermənistanın ərazisi olması barədə dünya ictimaiyyətini inandırmağa çalışırdılar. Lakin Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələrində, həmçinin mötəbər beynəlxalq qurumların tədbirlərində, hətta koronavirusun tüğyan etdiyi bir vaxtda da videoformatda keçirilən zirvə görüşlərində və digər tədbirlərdə faktlara əsaslanaraq ermənilərin bu yalanlarını alt-üst edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Ermənistanın işğalçı siyasəti, terror aktları barədə ətraflı məlumat verməsi dövlət başçımızı informasiya cəbhəsinin də müdrik sərkərdəsinə çevirib.

Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın etdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Ermənistanın baş naziri müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27-dən də əvvəl videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə məlumat vermişdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla əsaslandırmışdı. Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə yenidən özü üçün münbit informasiya mühiti yarada biləcəyi xülyası alt-üst oldu. Çünki ölkəmizin rəhbəri dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrində erməni məkri, Nikol Paşinyanın faşizm ideologiyasına sadiqliyi, nasizmə xüsusi meyilliyi barədə faktlara əsaslanaraq məlumat vermişdi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında iştirakı da daxil olmaqla çıxışları və irəli sürdüyü əsas tezislərin yenidən diqqətə gətirilməsi Ermənistanın iç üzünü bir daha ifşa etdi.

Məlumdur ki, erməni təbliğat maşını yalan və iftira üzərində qurulan bir mexanizmdir. Ermənilər zaman-zaman uydurma “erməni soyqırımı” haqqında saxta məlumatlar yayaraq guya azərbaycanlıların “zavallı ermənilərə” qarşı qəddarlığı barədə dünya ictimaiyyətini inandırmağa cəhd ediblər. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı tədricən ermənilərin yalanlarını ifşa etmiş, onların azərbaycanlılara qarşı soyqırımı törətmələri barədə həqiqətlər olduğu kimi dünya birliyinə çatdırılmışdır.

Dövlət başçımızın informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda videoformatda çıxış edən Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanın məkrli planları barədə tədbir iştirakçılarına ətraflı məlumat verməsi informasiya cəbhəsinin növbəti uğuru idi.

Yeri gəlmişkən, həmin iclasda, ümumilikdə, 182 ölkənin dövlət və hökumət başçısının videoformatda çıxış edəcəyi qərara alınmışdı. Prezident İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm Qoşulmama Hərəkatının sədri, həm də lider siyasi xadim kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürü idi.

Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli nümayəndəsi Prezident İlham Əliyev özü üçün bir amal seçib: istənilən çətin vəziyyətdə yalnız xalqının mənafeyindən çıxış etmək. Vətən müharibəsi davam etdiyi bu çətin günlərdə Azərbaycan Prezidenti ölkənin siyasi arenasında alternativinin olmadığını sübut etdi. Məhz bu gün üçün bu sadə və olduqca nadir bir səbəbə görə - Azərbaycan liderinin sözləri və hərəkətləri hər zaman bir-birini tamamlayır. Vətən üçün bu çətin günlərdə xüsusilə aydın olan daha bir vacib detal var: Prezidentimiz informasiya blokadasını yararaq Azərbaycanın ədalətli mövqeyini geniş kütlələrə çatdıra bildi.

Hazırda informasiya müharibəsi ənənəvi müharibənin ən vacib bir hissəsidir. Aşağı intensiv silahlı qarşıdurmanın isti mərhələsində hər iki tərəfin apardığı informasiya qarşıdurmasının bütün tərəflərinin özünü büruzə verdiyinin şahidi oluruq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm Rusiya, həm də dünya informasiya məkanlarında Ermənistanın qurduğu informasiya blokadasını yarmaq Azərbaycan Prezidenti üçün böyük əhəmiyyət kəsb edir. Erməni diasporunun Rusiya və dünyanın kütləvi informasiya vasitələrində, həm akademik, həm də media ekspertləri cəmiyyətində nə qədər güclü olduğunu hər kəs yaxşı bilir. Hər kəs, məsələn, milyonlarla insanın məlumat aldığı Rusiya telekanallarında gedən siyasi tok-şoularda erməni diasporunun nəhəng ordusunu yaxşı görür. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi informasiya siyasəti ermənilərin və onların havadarlarının bütün səylərini iflasa uğratdı.

Son illər dövlət başçımızın mötəbər tribunalardakı çıxışları, müxtəlif aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr ermənilərin ölkəmizi informasiya blokadasına almaq cəhdlərini darmadağın etdi. Möhtərəm Prezidentimiz həm Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm də dövlət başçısı kimi, eyni vaxtda, həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edir. Azərbaycan Prezidenti son vaxtlar “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində ermənilərin işğalçı siyasəti, mülki əhalini hədəfə alması, münaqişənin dinc vasitələrlə nizamlanmasından boyun qaçırması və qadağan olunmuş silahlardan atəş açması barədə ətraflı məlumat verib. Eləcə də Yaponiyanın “Nikkei” qəzetinə, Amerikanın “Fox News” telekanalına, Fransanın “Figaro” qəzetinə, İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini çatdıraraq Azərbaycana qarşı feyk xəbərləri ifşa edib.

Ölkə başçısı artıq Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurub. Bu müsahibələrdən sonra artıq erməni yalanlarına inanan yoxdur. Bunun nəticəsində də dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı feyk məlumat əldə edə bilmir. Azərbaycan Prezidentinin  məşhur KİV-lərə verdiyi çoxsaylı müsahibələr elə məhz bu informasiya və ekspert blokadasını qırmaq məqsədini daşıyırdı.

Dövlətimizin başçısı bu müsahibələrdə dünya, xüsusən də Rusiya ictimaiyyətinə onların az məlumatlı olduqları vacib məqamları çatdırdı. Bu məqamlardan biri Dağlıq Qarabağın sovet hakimiyyətindən əvvəl də Azərbaycanın bir hissəsi olmasıdır. Ölkə Prezidenti sovet hakimiyyətinin 1920-ci illərin əvvəlindəki qərarına əsasən, Dağlıq Qarabağın Azərbaycana verilmədiyini, sadəcə, Azərbaycanın bir hissəsi olaraq saxlanıldığını vurğuladı. Bundan əlavə, BMT kimi əsas beynəlxalq qurumların, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini birmənalı olaraq tanıdığını vurğulamaq vacib idi. Bununla əlaqədar, bütün müsahibələrində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olduğunu xatırladır.

Dövlətimizin başçısı ordumuzda guya muzdluların olması barədə ermənilərin uydurduqları dezinformasiyanı İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibəsində də rədd edərək, bütün bunların böhtan və dezinformasiya olduğunu bildirdi. Bu cür əsassız ittihamların həmsədr ölkələrdən daxil olduğuna təəssüfləndiyni bildirdi. Dövlət başçısı ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etdi. Bildirdi ki, bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir.

Möhtərəm Prezidentimizin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi həftə ərzində oxucu sayına görə dünya rekordu qazandırdı. Dövlət başçımız bu müsahibəsində əsl həqiqətləri bəyan etdi. Dedi ki, sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmiş, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur.

Artıq Ermənistan həm döyüş, həm də informasiya cəbhələrində acınacaqlı məğlubiyyətə uğrayıb. İnformasiya cəbhəsindəki uğurlarda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməlidir. O, özünün rəsmi “Instagram” səhifəsində erməni vandalizmi, onların törətdikləri terror aktları barədə mütəmadi paylaşımlar edərək dünya ictimaiyyətini məlumatlandırır, ermənilərin yalan informasiyalarını ifşa edir. Birinci vitse-prezidentin Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan və yaralananlarla bağlı özünün “Instagram” səhifəsindəki paylaşımı da diqqətlə izlənilir. Qeyd edilir ki, bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq, humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyalarının və bütövlükdə, beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.

Dövlətimizin başçısı müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin müdrik sərkərdəsi olduğunu bir daha təsdiqlədi. Birinci vitse- prezidentimizin qeyd etdiyi kimi, Prezident İlham Əliyev dinamik və müasir bir lider olmaqla, Azərbaycan üçün müəllifi olduğu yeni bir səhifə açdı - əlbəttə ki, xalqının dəstəyi ilə. Bu səhifə qələbəmizə həsr olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib