Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib YENİLƏNİB VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Salam, “France 24”ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident Əliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?

- Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub.

-Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Stepanakertdə mülki şəxslərin artilleriya atəşinə tutulması görüntülərini görüb.

-Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik.

- Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?

- Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib etmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır.

- Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil.

- Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.

Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur.

- Mən indi Sizdən diplomatik proses barədə soruşmaq istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır?

- Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf - Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq.

- Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?

- Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir.

- Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?

- Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil.

- Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?

- Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır.

- Lakin onlar bu münaqişədə öz sözünü deyirlər?

- Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər.

- Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizə verə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlham Əliyev, bu gün suallarımıza cavab verdiyinizə görə Sizə təşəkkür edirəm. Bizə baxan tamaşaçılara da təşəkkür edirəm. Qarşıda yayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün “France 24”ü izləməyə davam edin.

- Təşəkkür edirəm.

- Təşəkkür edirəm. Sizinlə söhbət etmək çox maraqlı idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib YENİLƏNİB  VİDEO

Çinin torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır