Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİ İLƏ BAĞLI AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV MİLLİ MƏCLİSƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİ İLƏ BAĞLI AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Prezident sarayında Milli Məclisə seçkilərlə bağlı Azərbaycan televiziyasına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər başa çatdı. İlk növbədə, seçkiqabağı vəziyyətlə bağlı Sizin fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz ki, bir neçə ay bundan əvvəl, mayın 11-də Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün mənim tərəfimdən Sərəncam imzalanmışdır. Sərəncama əsasən, Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi məsələləri öz həllini tapmalı idi. O vaxt ümid edirdim və bu gün görürəm ki, bizim ümidlərimiz həyatda öz əksini tapıbdır. Seçki Məcəlləsi ilə bərabər, mənim tərəfimdən imzalanmış Sərəncam Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait yaratdı. Müxtəlif yeniliklər oldu, Azərbaycanın praktikasında əvvəllər olmayan yeniliklər seçkilərin və seçki prosesinin normal keçirilməsinə şərait yaratdı.

Bildiyiniz kimi, qeydiyyat məsələlərində heç bir problem olmamışdır. 2 mindən çox namizəd qeydiyyatdan keçmişdi. Ondan sonra təbliğat-təşviqat kampaniyası da uğurlu idi. Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Həm seçicilərlə görüşlər keçirilirdi, həm də müxtəlif televiziya kanallarında, o cümlədən dövlət televiziyasında və İctimai televiziyada pulsuz və pullu efir vaxtları verilirdi. Yəni bir sözlə, seçki kampaniyasının normal aparılması üçün hər bir namizədə şərait yaradılmışdı və hərə öz imkanlarından istifadə etdi.

Bütün bunlara baxmayaraq, seçkilərə təxminən 10 gün qalmış mənim tərəfimdən növbəti Sərəncam imzalandı. Bildiyiniz kimi, biz seçkilərin demokratik keçirilməsi üçün beynəlxalq təşkilatlarla çox səmərəli işləyirik və onların tövsiyəsi ilə bir neçə əlavə addım da atıldı. O cümlədən barmaqların görünməyən mürəkkəblə işarələnməsi məsələsi də öz əksini tapmışdır. Mən buna da getdim, bunu da etdim ki, son şübhələr də aradan qalxsın. Beləliklə, seçkilərin normal, ədalətli keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçki günü də bütövlükdə çox sakit keçdi, seçkilər azad, ədalətli şəkildə keçirildi. Azərbaycan seçicilərinin, demək olar ki, təxminən yarısı seçkilərdə iştirak etmiş və öz iradəsini açıq şəkildə ifadə etmişdir. Bütövlükdə, seçki prosesi, seçkilərə qədər dövr uğurlu idi. Hesab edirəm ki, seçki günü də uğurlu olmuş və Azərbaycanda normal, demokratik seçkilərin keçirilməsi mümkün olmuşdur.

- Cənab Prezident, bəs seçkilərin nəticəsini necə qiymətləndirirsiniz?

- Mən nəticəni də müsbət qiymətləndirirəm. Həmişə deyirdim, bu gün də deyirəm, əsas məsələ ondadır ki, Azərbaycan xalqının iradəsi seçkilərin nəticələrində öz əksini tapsın. Seçkilərin ilkin nəticələri bunu deməyə əsas verir. Ümumi ab-hava çox müsbət idi və nəticə onu göstərir ki, Azərbaycan xalqı şəffaf şəkildə, azad şəkildə istədiyi namizədə səs verdi və ən layiqli namizədlər də seçiliblər. Yenə demək istəyirəm ki, seçkilərin normal keçirilməsi üçün bütün şərait yaradılmışdı, çoxsaylı xarici müşahidəçilər seçkiləri müşahidə edirdilər, minlərlə yerli müşahidəçi seçkiləri müşahidə edirdilər. Bütövlükdə, nəticələr Azərbaycan xalqının iradəsini tam əks etdirir. Mənim üçün çox sevindirici hal o oldu ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri seçkilərdə çox uğurlu iştirak etmişlər və qələbə qazanmışlar. Eyni zamanda, digər siyasi spektrin nümayəndələri, o cümlədən bitərəf namizədlər seçkilərdə gözəl nəticələr göstərmişlər. Seçkilər Azərbaycanın demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə biz seçkilərə çox böyük diqqətlə yanaşırdıq və bu diqqət seçkilərin normal keçirilməsində öz əksini tapmışdır.

Ancaq bununla yanaşı, əldə edilmiş bəzi məlumatlara görə, seçki günü müəyyən qanun pozuntuları da oldu. Bir neçə dairədə, mənə verilən məlumata görə haradasa, 7-8 dairədə qanun pozuntuları olmuşdur. İndi bu qanun pozuntuları araşdırılır. Prokurorluğa müvafiq göstəriş verilmişdir ki, bu qanun pozuntuları ciddi şəkildə araşdırılsın. Harada ki, vəzifədən sui-istifadə halları olubdur, orada insanlar inzibati məsuliyyətə cəlb ediləcəklər. Harada ki, cinayət xarakterli hallar olubdur, orada təbii ki, bunu törətmiş insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar və cəlb olunacaqlar. Bir neçə ay ərzində biz seçkilərin normal keçirilməsi üçün əlimizdən gələni etdik və sadaladığım məqamlar, məsələlər bir də onu göstərir ki, Azərbaycan iqtidarının və onun Prezidentinin niyyəti seçkiləri ədalətli şəkildə keçirməkdən ibarət olmuşdur. Ona görə mən imkan verə bilmərəm ki, hansısa məmur özbaşınalığına görə, hansısa qanunsuz müdaxiləyə görə, seçkilərin ümumi nəticələrinə zərbə dəysin.

Mən yenə də qeyd etmək istəyirəm ki, belə hallar çox azlıq təşkil edir. Bizdə 7-8 dairə barədə narahatedici məlumatlar var. Qalan dairələrdə, - yəni haradasa, 115 dairədə və bəlkə ondan da çox, - seçkilərin nəticələri heç bir şübhə doğurmur. Onu da əlavə etmək istəyirəm ki, bildiyiniz kimi, seçkilərdə yeni bir yenilik ondan ibarət idi ki, exit-poll nəzərdə tutulmuşdu. Bunu müxtəlif təşkilatlar, o cümlədən Amerikanın “PA Government” şirkəti keçirirdi. Bu gün mən onların nəticələrinə internetdə baxdım və gördüm ki, o nəticələr demək olar ki, Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri ilə 90 faiz üst-üstə düşür. Yəni bu onu göstərir ki, real nəticələr exit-polla da təsdiqlənir. Bu bir də onu göstərir ki, Azərbaycanda seçkilər şəffaf keçirildi və seçki prosesinə müdaxilələr çox az oldu. Amma oldu, bu da, əlbəttə ki, bizi narahat edir. Digər tərəfdən, əlbəttə, seçki praktikasının təkmilləşdirilməsi məsələsi bir Sərəncamla, yaxud da ki, bir seçki kampaniyası ilə həll olunan məsələ deyildir. Buna müəyyən vaxt lazımdır. Amma o da şübhə doğurmur ki, bütün görülən işlər seçkilərin normal şəraitdə keçirilməsinə imkan yaradırdı.

Bütövlükdə, seçkilərin nəticələri tam əksər hallarda Azərbaycan xalqının iradəsini əks etdirmişdir. O hallarda ki, qanun pozuntusu olub, əlbəttə, bu məsələlər araşdırılacaq və dediyim kimi, prokurorluq ciddi tədbirlər görəcəkdir.

Bildiyiniz kimi, beynəlxalq müşahidəçilər missiyası da öz ilkin rəyini artıq təqdim edibdir. Biz bu rəyi təhlil edəcəyik. Biz beynəlxalq təşkilatlarla uzun illərdir ki, çox səmərəli şəkildə əməkdaşlıq edirik. Onların rəyi bizim üçün vacibdir. Biz bir neçə ay ərzində, seçkilər ərəfəsində Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlarla, insan hüquqları ilə məşğul olan beynəlxalq təsisatlarla çox səmərəli, işgüzar şəkildə işləmişik. Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da davam edəcəkdir. Ona görə onların da rəyi, əlbəttə, nəzərə alınacaq və ilkin hesabatda əks olunan məqamlar ciddi şəkildə təhlil ediləcək və ciddi ölçülər götürüləcəkdir. Mən seçkilərin normal, ədalətli keçirilməsi ilə əlaqədar bir daha bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Hamımız bu son aylar ərzində seçkilərin necə keçəcəyi haqda düşünürdük. O cümlədən və bəlkə də, ilk növbədə mən. Çünki seçkilərin normal, ədalətli keçirilməsi mənim Prezident kimi gələcək fəaliyyətimə də böyük dəstək olacaqdır.

Mən seçkilərin uğurlu keçiriləcəyinə şübhə etmirdim və bütün beynəlxalq rəy sorğuları da onu göstərirdi ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri, o cümlədən iqtidarı dəstəkləyən digər nümayəndələr daha şanslıdırlar. Bunu həm Azərbaycanda keçirilmiş rəy sorğuları göstərdi, həm də məşhur beynəlxalq təşkilatların rəy sorğuları göstərirdi. Seçkilərin nəticəsi bu fikri əyani şəkildə təsdiqlədi. Ona görə seçkilərin demokratik şəkildə keçirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açır, yeni üfüqlər açır. Biz bundan sonra da demokratikləşmə prosesinə böyük diqqət göstərəcəyik. Azərbaycanda siyasi proseslərin sürətlənməsi, demokratik inkişafın möhkəmlənməsi ölkəmizin hərtərəfli inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Mən dəfələrlə qeyd etmişdim, bu gün də demək istəyirəm ki, bizim gözəl iqtisadi nailiyyətlərimiz, uğurlarımız, gələcək iqtisadi perspektivlərimiz bilavasitə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin yaranması, azad cəmiyyətin yaranması bizim başlıca vəzifəmizdir.

Ona görə Prezident kimi mən çox şadam və məmnunam ki, bu mərhələ də uğurla başa çatdı. Azərbaycan xalqı seçkilərdə öz sözünü dedi, istədiyi namizədə açıq, ədalətli, azad şəkildə səs verdi. Beləliklə, Azərbaycan öz demokratik inkişafında yeni mərhələyə qədəm qoydu. Ümid edirəm ki, yeni seçilən parlament və parlamentin deputatları Azərbaycanın demokratik inkişafı üçün əlindən gələni edəcəklər və ölkəmiz daha da sürətlə inkişaf edəcək və güclü dövlətə çevriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib