Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Şuşadan dünyaya növbəti dəfə sülh və həmrəylik çağırışı etdi

Prezident İlham Əliyev Şuşadan dünyaya növbəti dəfə sülh və həmrəylik çağırışı etdi

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan xalqının istiqlal arzusunun gerçəkləşməsi dönəmində erməni separatizmi xarici havadarları ilə birgə ölkəmizə Qarabağ dərdi yaşatdı. Müstəqilliyin ilk illərində yarıtmaz hakimiyyət səbəbindən torpaqlar işğal olundu, insanlarımız yurd - yuvasından didərgin düşdülər. Şuşa xarici və daxili düşmənlərin satqınlığı ucbatından xaincəsinə təslim edildi və bu, son deyildi. Həmin vaxt Azərbaycan Qarabağdan əlavə, öz müstəqilliyini də itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu, danılmaz bir həqiqətdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev olmasaydı, bugünkü qüdrətli və müstəqil Azərbaycan da yox idi. Şuşanı, Qarabağımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Bu, xoşbəxtlik xalqımıza illər sonra nəsib oldu. Prezident İlham Əliyevin mahir sərkərdəliyi altında Ulu Öndərin yaratdığı, qurduğu qəhrəman Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdi. Ölkə başçısı fövqəladə xidmətləri ilə Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini reallaşdırdı. İndi Qarabağ, Şuşa halallığa qovuşub, əsl sahibinə və əzizlərinə qucaq açıb. Otuz ilə yaxın düşmən tapdağı altında inləyən Şuşa bu gün doğma adamların əhatəsində, azad və xoşbəxt həyatını yaşayır. Həm coğrafi, həm də mənəvi baxımdan yüksəklikdə olan zəfər qalamızda müqəddəs bayrağımız dalğalanır.

Sevindirici haldır ki, azadlığı uğrunda gedən döyüşləri ilə dünyaya səs salan doğma Şuşa beynəlxalq konfransların keçirildiyi ünvana çevrilib.

Çünki Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlının ən ümdə arzusu idi. "Görəsən, biz qala şəhərimizi yenidən görə biləcəyikmi, bu mümkündürmü?" sualı hər bir vətənpərvər insanımızı daim düşündürüb, xəyala qərq edib, kövrəldib. Amma son iki əsrdə ilkə imza ataraq Ali Baş Komandan Qarabağı və Şuşanı işğaldan azad edərək Vətəni bütövləşdirən sərkərdə kimi tariximizi zəfərlə şərəfləndirdi, arzularımızı gerçəyə çevirdi. Şuşanın azad olunması könül toxtaqlığı, yaramıza məlhəm oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, ruhumuzun qida yeri olan azad Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın keçirilməsi və tribunada Prezident İlham Əliyevin qəhrəman xalqın qəhrəman Lideri kimi nitq söyləməsi çox qürurverici idi. Prezident İlham Əliyevin tədbirdə söylədiyi əhatəli nitqi böyük rəğbətlə qarşılandı.

Prezident ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdakı çıxışında dünya düzəni üçün nümunə sayılacaq Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsindən danışdı. Haqlı olaraq qeyd etdi ki, Şuşada imzalanan bu Bəyannamə tarixi hadisə idi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövlətlə son iyirmi ildəki əlaqələr iki ölkə rəhbərlərinin heyrətamiz siyasəti nəticəsinə qardaşlıq münasibətindən müttəfiqlik zirvəsinə qalxıb.

Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu müttəfiqliyin qorunub saxlanılacağına və daha da güclənəcəyinə əminliyini ifadə etdi: “Prezident vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar, tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. Tədbirdə dövlətimizin başçısı bildirdi ki, münaqişənin ədalətli həllini missiya kimi öz üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində fəaliyyətsiz oldu. Bunun əsas səbəbi kimi Ermənistanın torpaqları geri qaytarmaq istəməməsi idi. Humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlıq, siyasi, iqtisadi münasibətlərin normallaşması üçün daim töhfələrini verib. Mehriban qonşuluq, qarşılıqlı hörmət, regional təhlükəsizlik rəsmi Bakının yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu gün məhz bu aspektdə yüksələn xətlə inkişaf edən Azərbaycan- Gürcüstan münasibətləri fikrimizin təsdiqidir. Azərbaycan bütün ölkələrlə sağlam əməkdaşlığa söykənən münasibət sərgiləyir. Ölkə başçısı konfransda, həmçinin Azərbaycanın sülh gündəliyindən danışaraq, buna çox təşəbbüs göstərdiyini, beynəlxalq hüququn normalarına uyğun olaraq beş prinsip irəli sürdüyünü bildirdi. Bununla da, Azərbaycan sülhpərvər ölkə olduğunu bir daha səmimi davranışları ilə nümayiş etdirir. Prezident iki ölkə arasında razılıq əldə olunmasının mümkünlüyünə toxunaraq, Azərbaycanla Ermənistanın vasitəçisiz, köməkçisiz birbaşa danışıqlar aparmasını ən optimal variant hesab etdi.

Konfransda eləcə də, ölkə iqtisadiyyatını, beynəlxalq layihələri şərh edən dövlətimizin başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün həmişə Azərbaycan tərəfindən dəstəkləndiyini və öhdəliyimizi yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırmaqla bildirdi ki, nəqliyyat infrastrukturunu daha da müasirləşdiririk. Çünki bu infrastrukturdan istifadə etməyə böyük maraq var. Azərbaycan eyni zamanda iriçaplı iqtisadi layihələrin davamı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Bu da qeyd olunduğu kimi ölkəmiz tərəfindən gələcək əməkdaşlığın fəal şəkildə qiymətləndilməsi deməkdir”.

Sonda Rəşad Mahmudov qeyd edib ki, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaferin bildirdiyi kimi, Azərbaycan BMT-in icra olunmuş qətnamələrini təkbaşına yerinə yetirdi. Çünki bu işğalı legitimləşdirmək istəyən qarşı tərəf bizə başqa seçim qoymadı. Azərbaycanın ərazi bütövlüyünün müzakirəsi olduğu bütün diplomatik masalarda, beynəlxalq tribunalarda Prezident İlham Əliyevin “Azərbaycan bu işğalla heç vaxt barışmayacaq” bəyanatı sadəcə söz deyildi və bütün dünya bunun real nəticəsini gördü. Bir sözlə, Azərbaycan liderinin Şuşada keçirilən dördüncü beynəlxalq konfransda səsləndirdiyi fikirləri Ermənistan, o cümlədən sülh yaratmaq istəyən digər ölkə və təşkilatlar tərəfindən düzgün təhlil edilməli, regionun təhlükəsizliyi üçün Azərbaycanın yaratdığı reallıqlardan nəticə çıxarmalıdırlar. Çünki ənənəvi olaraq Azərbaycan tələblərində həmişə haqlı tərəf olub və öz ərazi bütövlüyünü qorumaq ölkəmizin suveren hüququdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb