Prezident Kasım-Jomart Tokayev koronavirusa qarşı peyvənd olunub
Nur-Sultan, 6 aprel, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusa qarşı peyvənd olunub.
AZƏRTAC-ın məlumatına görə, bu barədə prezidentin mətbuat katibi Berik Uali məlumat verib.
Dövlət başçısına Karaqanda əczaçılıq zavodunun istehsal etdiyi “Sputnik V” peyvəndi vurulub. Peyvənddən sonra ölkə başçısının səhhəti yaxşıdır.
Prezident bir daha bütün ölkə vətəndaşlarını mümkün qədər tez peyvənd olunmağa çağırıb.
Bundan əvvəl Prezident hökumətə və yerli icra orqanlarına xaricdən peyvənd tədarükünün təmin edilməsi və yerli istehsalın yaradılması, habelə peyvənd prosesinin təşkili barədə göstəriş vermişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında hökumətin genişləndirilmiş iclasında Kasım-Jomart Tokayev Qazaxıstan peyvəndi ilə koronavirusa qarşı vaksinasiya olmaq istədiyini bildirmişdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]