Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır

Prezident korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır

Bakı, 4 may, AZƏRTAC

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ilk olaraq vətəndaş-dövlət birliyinin, həmrəyliyinin zəruriliyi məsələsini aktuallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına uyğun olaraq ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, sahibkarlar, sadə iş adamları öz birliklərini əməli fəaliyyətləri ilə təsdiqləməyə səy göstərdilər. Bu həmrəylik insanların evdə qalıb özlərini, ətraflarını infeksiyadan qorumaqla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan daxilində ianələrin köçürülməsində, həmçinin ehtiyacı olan insanlara, kimsəsizlərə, o cümlədən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə maddi yardımların göstərilməsində də özünü büruzə verdi. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birillik əməkhaqlarını ilk olaraq Fonda köçürmələri hər bir dövlət məmuruna xalqın yanında olmağa, onların qayğıları ilə maraqlanmağa, ən əsası vətəndaş amilinə yüksək dəyər verməyə bir çağırış idi. Prezident İlham Əliyevin çıxışlarında daim bu məqam öz əksini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Onların sağlamlığının təminatı, sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz şəraitdə yaşamaları prioritetdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, koronavirus pandemiyasına qarşı Azərbaycan dövləti qəti tədbirlər həyata keçirir. Tədbirlərə başlandığı gündən indiyədək atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, məqsəd insanların sağlamlığını təmin etmək, eyni zamanda, bu bəladan minimum itkilərlə çıxmaqdır. Amma təəssüflər olsun ki, belə çətin günlərdə öz maraqlarını düşünən, dövlət strukturlarında çalışıb, dövlətçiliyə, xalqa xəyanət edən bir sıra insanlar da var. Dövlətimizin sosial dəstək tədbirlərindən öz şəxsi mənafeləri üçün bəhrələnməyin təbii ki, bir adı var - vicdansızlıq və xəyanət. Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən də əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu olmuşdur. Dövlətimizin başçısı bildirib: “Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”.

Baş redaktor vurğulayıb ki, mənfi mənzərə ilə üzləşəndə dövlətimiz daim ciddi tədbirlər görür, günahkar məmurlar cəzalandırılır. Dövlətimizin başçısı İlham Əliyevin son zamanlar yeni təyin olunmuş icra başçıları, həmçinin digər strukturların rəhbərləri ilə görüşlərində verilən tapşırıqlara diqqət yetirmək kifayətdir. “Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun”, - çağırışını edən ölkə Prezidenti müstəqilliyimizin böyük sərvətimiz olduğunu hər zaman onların diqqətinə çatdırır. Təbii ki, dövlətçilik maraqlarının qorunmasında vətəndaşlıq təəssübkeşliyi əsasdır. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində irəli çəkilmənin, tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox, ona göstərilən etimadı doğrultmağa çalışacaq. Şübhəsiz, bu gün icra orqanlarında vəzifəsindən sui-istifadə edərək rüşvətxorluğa, korrupsiyaya bulaşmış məmurlarla yanaşı, öz işini yüksək səviyyədə, vicdanla yerinə yetirən, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanlar da var. Onların fəaliyyəti daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və bu gün də dəyərləndirilir.

Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır. Bu gün “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrasında da məqsəd şəffaflığın qorunması, süründürməçilik hallarına son qoyulması, vətəndaş məmnunluğunun artırılmasıdır. Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının, həmçinin açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının uğurlu icrası da bu istiqamətdə işlərin davamlılığına, problemin həllinə diqqətin təsdiqidir.

“Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin pandemiyanın müharibə kimi qəbul olunduğu bir zamanda şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunanlar sırasına Ağstafa, Yevlax, Neftçala rayonlarının ardınca Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı da daxil oldu”, - söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, hələ də belə halların mövcudluğu ikrah doğurur, bu yolu tutanlar vətəndaşlıq məsuliyyətindən və təəssübkeşliyindən nə qədər uzaq olduqlarını nümayiş etdirirlər. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı dövlətin mənafeyinə ciddi zərbə vurub, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəyib.

Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyev qeyd etdiyimiz videoformatda qəbulda da bu kimi hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini önə çəkərək bildirib ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da belə hallarla bağlı siqnallar var və onlar araşdırılır. “Vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev pul verib vəzifəyə gələn adamın ilk növbədə neyləyəcəyini də diqqətə çatdırıb: “Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. İslahatları yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirən İlham Əliyev bildirib ki, digər sahələrdə olduğu kimi, hüquq mühafizə orqanlarında da islahatlara böyük ehtiyac var.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisini təyin etməsi də ölkəmizdə korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, islahatlar prosesinin bütün sahələri əhatə etməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini təsdiqləyir: “Hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmil islahatlar da deyilənlərin təsdiqidir. Mühüm addımlardan biri ölkədə icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında körpünün yaradılmasıdır. Bu əlaqələndirməni isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi həyata keçirir. Hər bir yenilik, təkmilləşmə inkişafın dayanıqlığına təminatdır. Siyasi partiyalarla qanunvericilik hakimiyyəti arasında əlaqələrin birliyinin formalaşdırılması aparılan təkmil siyasi islahatların göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar davam etdiriləcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib