Prezident mükafatı verilən gənclərdən 2-si BDU məzunudur
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gəncə 2023-cü il Gənclər üçün Prezident mükafatı verilib.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, həmin gənclərdən 2-si - Kamran Əliyev və Günay İmanzadə BDU-nun məzunudur. Kamran Əliyev 2021-ci ildə BDU-nun Hüquq fakültəsini, Günay İmanzadə isə 2017-ci ildə kimya ixtisası üzrə (ingilis bölməsi) “SABAH” qruplarını bitirib.