Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin dilə həssas yanaşması milli düşüncənin qorunmasına xidmət edir

Prezidentin dilə həssas yanaşması milli düşüncənin qorunmasına xidmət edir

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvarın 5-də jurnalistlərə verdiyi müsahibədə dil məsələsinə xüsusi önəm verməsi heç də təsadüfi deyil. Dövlət başçısı hər zaman ana dilimizin ən böyük təəssübkeşi kimi çıxış edib. Prezident müsahibəsində dillə bağlı bir neçə mühüm aspektə toxunub.

Bu aspektlərdən birincisi, Azərbaycan dilinin saflığının qorunmasıdır. Dövlət başçısı dilimizdə yersiz alınma sözlərin işlədilməsinin əleyhinə olduğunu bildirib. İkincisi, cəmiyyətimizdə mükəmməl Azərbaycan dilində danışmaq bacarığının formalaşdırılmasıdır. Üçüncüsü, xaricdə yaşayan azərbaycanlılar və əcnəbilər üçün ana dilində onlayn platformaların və məktəblərin yaradılmasının labüdlüyüdür. Dördüncüsü, Azərbaycan dilinin məişət səviyyəsində geniş şəkildə işlədilməsi məsələsidir. Prezident vurğulayıb ki, ədəbi dildə danışmaq zəruridir. Beşinci mühüm məqam isə yad dillərin milli psixologiyaya təsiri ilə bağlıdır. Həqiqətən də, yad dil elementləri milli dilə daxil olduqca bu proses son nəticədə təhlükəli sonluğa gətirib çıxarır, milli düşüncəni zədələyir. Prezident Azərbaycan dilinin normalarının jurnalistlər və aparıcılar tərəfindən pozulmasını xüsusi qeyd edərək ziyalıları, şair və yazıçıları bu məsələdə daha həssas olmağa çağırıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent, Türk Dil Qurumunun müxbir üzvü Baba Məhərrəmli səsləndirib.

Alimin sözlərinə görə, Azərbaycan xalqının genetik yaddaşını, milli stereotiplərini və etnik psixologiyasını yaşadan ana dilimizi qorumaq hər bir vətəndaşın, hər bir ziyalının mənəvi borcudur. Bu gün televiziya ekranlarında, mətbuatda, reklamlarda, afişalarda və ictimai iaşə obyektlərinin adlarında ədəbi dil normalarının pozulması yolverilməzdir. Televiziya aparıcılarının nitqinə nəzarət gücləndirilməlidir.

Bəzən televiziya verilişlərinin aparıcıları qardaş Türkiyə türkcəsinin orfoepiya normalarına uyğun tələffüzə yol verirlər (məsələn, filan əvəzinə falan, digər əvəzinə diyər). Hətta türk dilinin qrammatik formaları süni şəkildə Azərbaycan dilinə gətirilir (gəlib də, gedib də, gəldiyimdə və s.). Halbuki Türkiyə türkcəsi ilə Azərbaycan dilinin ortaq tarixi olsa da, hər iki dil müstəqil ədəbi dillər kimi formalaşıb və birinin elementlərini süni şəkildə digərinə köçürməyə ehtiyac yoxdur.

B.Məhərrəmli qeyd edib ki, Azərbaycan ədəbi dilinin saflığı problemi hələ yüz il əvvəl ziyalılarımızı düşündürürdü. Vaxtilə televiziya məkanında formalaşmış peşəkar diktor məktəbi bu sahədə etalon rolunu oynayırdı. Təəssüf ki, bu gün bəzi özəl kanallarda qeyri-peşəkar aparıcılar ədəbi dil normalarını pozur, süni dil elementləri yaradırlar. Halbuki televiziya və radio dili cəmiyyət üçün nümunə olmalıdır.

Alim son illər bədii tərcümələrdə və film dublyajlarında da dilimizin leksik-semantik sisteminə zidd ifadələrin artdığını bildirib. Onun fikrincə, müxtəlif dövlət qurumlarında dilçi kadrların fəaliyyətinə böyük ehtiyac var və dövlət dilinin düzgün tətbiqinə nəzarət gücləndirilməlidir.

Dilçi-alim Bakı şəhərində obyekt adlandırılmasında və reklam mətnlərində yol verilən nöqsanlara da diqqət çəkib. “Beauty salon”, “baby shop”, “palas” kimi adların işlədilməsi ana dilimizə hörmətsizlikdir. Sahibkarlar obyektlərinə milli adlar verməlidirlər. Sosial şəbəkələrdə də yersiz rus və Avropa sözlərindən istifadə dilə mənfi təsir göstərir.

O xatırladıb ki, 2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş “Dövlət dili haqqında” Qanuna əsasən, dövlət dilinin normalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 2026-cı ildən televiziya kanallarında ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi isə dilin qorunması baxımından mühüm addımdır.

B.Məhərrəmli vurğulayıb ki, müstəqillik dövründə ana dilinin qorunması ilə bağlı mühüm sərəncam və fərmanlar imzalanıb. Qloballaşma və internet dövründə ana dilimizə yönələn təhlükələrin qarşısını almaq üçün davamlı tədbirlər görülməlidir.

Onun sözlərinə görə, ədəbi dil ana dilinin inkişafının ən yüksək mərhələsidir və düzgün danışmaq üçün bədii mütaliə gücləndirilməlidir. Gənclər arasında klassik ədəbiyyatın təbliği, tərcümə mədəniyyətinin yüksəldilməsi vacibdir. Televiziya və radio kanallarında ana dili ilə bağlı xüsusi verilişlər hazırlanmalıdır.

Müsahibimiz folklorun gənc nəslə aşılanmasının əhəmiyyətini də qeyd edib: “Folklor canlı xalq dilini yaşadır və milli kimliyin qorunmasında mühüm rol oynayır”. O vurğulayıb ki, dilə dəb kimi yanaşmaq yolverilməzdir və ana dilinə sevgi hər bir vətəndaşın daxili vətənpərvərlik borcudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib