Prezidentin köməkçisi: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, Ermənistan bir daha hansısa dəyərdən, sivil davranışlardan uzaq olduğunu göstərir. Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Amma Ermənistan bundan tamamilə kənar dövlət olduğunu hər bir addımında nümayiş etdirir, Azərbaycanın şəhərlərinə, mülki obyektlərə və mülki şəxslərə qarşı hücumlar həyata keçirir. Amma Azərbaycan özünün yüksək dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında ancaq seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir, onların neytrallaşdırılması təmin olunur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttinin bütün istiqamətləri üzrə təsirli, sülhə məcburetmə əməliyyatı davam etdirilir. Burada da məqsəd Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin təmin olunmasıdır. Ermənistan tərəfi son dövrlər raket texnologiyalarından da istifadə edir. Biz bunu qəti şəkildə pisləyirik və Azərbaycan Respublikası da legitim hərbi hədəflərə qarşı adekvat cavab vermək hüququnu tam şəkildə özündə saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]