PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Moldova Prezidenti Azərbaycanda parlament seçkilərinin demokratik şəkildə, uğurla başa çatması ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırmışdır.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirmiş, şəffaf və demokratik şəkildə keçirilən parlament seçkilərinin ölkəmizin siyasi inkişafında mühüm rol oynayacağına əminliyini vurğulamışdır.
Prezidentlər Azərbaycanla Moldova arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, beynəlxalq təşkilatlar, o cümlədən GUAM təşkilatı çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini bildirmişlər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.