PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Rusiya Federasiyasının Prezidenti Azərbaycanda parlament seçkilərinin demokratik şəkildə uğurla başa çatması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmışdır.
Prezident İlham Əliyev təbriklərə görə Prezident Vladimir Putinə minnətdarlığını bildirmiş və seçkilərdə iştirak edən çoxsaylı müşahidəçilərin, o cümlədən Rusiyadan və MDB-dən olan müşahidəçilərin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Dövlət başçıları ikitərəfli əlaqələrin müxtəlif sahələrdə sürətlə inkişafından məmnunluqlarını bildirmişlər.
Telefon söhbəti zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.