PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 7-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iki ölkə arasında energetika sahəsində əməkdaşlıqla bağlı məsələlərə toxunulmuşdur.
Dövlət başçıları yaxın zamanlarda Hökumətlərarası birgə iqtisadi komissiyanın iclasının keçiriləcəyini və iclasda Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyini vurğulamışlar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.