PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Telefon söhbəti zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələri müzakirə olundu. Dövlət katibi Azərbaycanın sülhməramlı qüvvələrinin İraq, Əfqanıstan və Kosovoda iştirakını yüksək qiymətləndirdi, Gürcüstanda enerji böhranı zamanı Azərbaycanın köməyini xüsusi vurğuladı.
Prezident İlham Əliyev və ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan və Ermənistan prezidentləri arasında Fransada keçirilməsi planlaşdırılan görüşlə bağlı fikir mübadiləsi apardılar.
Azərbaycan Prezidenti bu münaqişənin nizama salınması prosesində ABŞ-ın fəal iştirakına görə minnətdarlığını bildirdi və ABŞ hökumətinin bu prosesdə rolunu xüsusi qeyd etdi.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olundu.