PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Paris yaxınlığındakı Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi ilə görüşmüşdür.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Robert Koçaryan arasında təkbətək görüş olmuşdur.
Prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Praqa prosesi əsasında nizama salınması ilə bağlı məsələləri müzakirə etmişlər.