PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Prezidenti və ABŞ-ın dövlət katibi xanım Kondoliza Rays arasında telefon söhbəti olmuşdur.
Telefon söhbəti zamanı Rambuyedə Ermənistan və Azərbaycan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı keçirilmiş danışıqlar barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidenti və ABŞ dövlət katibi qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etmişlər.