Professor Nadir Məmmədli istehsalat təcrübəsi keçən tələbələrə ustad dərsi keçib
Bakı, 17 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbələri və Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin magistrant və tələbələri AMEA-nın Dilçilik İnstitutunda istehsalat təcrübəsinə başlayıblar. Martın 17-də tələbələrlə görüş keçirən institutun baş direktoru professor Nadir Məmmədli onlara ustad dərsi keçib.
Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Nadir Məmmədli tələbələrə Dilçilik İnstitutunun tarixi, elmi müəssisəyə rəhbərlik etmiş direktorlar, tanınmış dilçi akademiklərdən, müasir dövrdə Azərbaycan dilinə dövlət qayğısından, dilçiliyə dair yeni nəşrlərdən bəhs edib. Bildirib ki, Azərbaycanda dil quruculuğu siyasəti milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır.
Sonda tələbələrə Dilçilik İnstitutunun kitabxanasından kitablar hədiyyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]