Professor Şükrü Haluk Akalın: Türkologiya elminin inkişafında Azərbaycanın çox önəmli rolu olub
Türkologiya elminin inkişafında Azərbaycanın çox önəmli rolu olub. 1926-cı ildə Birinci Türkologiya Qurultayı da məhz Bakıda keçirilib.
Bu sözləri Əli bəy Hüseynzadənin 150 və Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci Beynəlxalq simpoziumunun iştirakçısı, Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın AZƏRTAC-a müsahibəsində deyib.
Alim qeyd edib ki, həmin qurultayda türk dillərinin problemləri müzakirə olunub. Bugünkü simpozium Birinci Türkologiya Qurultayının 90 illiyi münasibətilə 2016-cı ildə keçiriləcək tədbirə hazırlıq məqsədi daşıyır.
Müasir dünyada elmin mühüm rolunu xatırladan professor Şükrü Haluk Akalın bu sahəyə göstərdiyi böyük diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirib.